Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
19.06.2026 - Vətəndaş Ağamalı Ağamalı
Vətəndaş Ağamalı Ağamalı “Instagram” sosial şəbəkəsi vasitəsilə etdiyi müraciətində bank kartını və sürücülük vəsiqəsini itirməsi ilə bağlı Şahbuz Rayon Polis Şöbəsinə müraciət etdiyini bildirir. O, müraciətinə operativ və məsuliyyətlə baxıldığını, qısa müddət ərzində məsələnin müsbət həll olunduğunu qeyd edir. A.Ağamalı vətəndaş müraciətlərinə göstərilən diqqətə, peşəkar və çevik fəaliyyətə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin rəhbərliyinə və Şahbuz Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir, onlara gələcək xidmətlərində uğurlar arzulayır.
19.06.2026 - Vətəndaş Aytac Bağırova
Vətəndaş Aytac Bağırova “Instagram” sosial şəbəkəsi vasitəsilə etdiyi müraciətində etdiyi müraciətlə bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsinin rəhbərliyi tərəfindən qəbul olunduğunu bildirir. O, qaldırdığı məsələ ilə əlaqədar ona ətraflı hüquqi izahların verildiyini və müraciətinə diqqətlə yanaşıldığını qeyd edir. A.Bağırova göstərilən diqqətə və həssas münasibətə görə DİN rəhbərliyinə, həmçinin Lənkəran Şəhər Rayon Polis Şöbəsinin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını ifadə edir, onlara xidmətdə uğurlar arzulayır.
19.06.2026 - Vətəndaş Valid Novruzzadə
Vətəndaş Valid Novruzzadə “Instagram” sosial şəbəkəsi vasitəsilə etdiyi müraciətində Nərimanov rayonu ərazisində gecə saatlarında narkotik istifadəçilərinin toplaşması ilə bağlı polisə məlumat verdiyini bildirir. O, müraciətinə dərhal reaksiya verildiyini, Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən qeyd olunan ərazidə müvafiq tədbirlərin həyata keçirildiyini və hazırda da ərazidə polis nəzarətinin təmin olunduğunu qeyd edir. V.Novruzzadə müraciətinə operativ yanaşılmasına görə DİN rəhbərliyinə, Nərimanov Rayon Polis İdarəsinin və 17-ci Polis Şöbəsinin rəhbərliyinə, eləcə də Azərbaycan Polisinin əməkdaşlarına təşəkkürünü bildirir, onlara xidmətdə uğurlar arzulayır.
19.06.2026 - Vətəndaş Ağəli Muxtarov
Vətəndaş Ağəli Muxtarov ünvanladığı minnətdarlıq məktubunda Bakı şəhəri ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı aparılan araşdırmadan razı qaldığını bildirir. O, hadisə yerində yol-nəqliyyat hadisəsinin obyektiv, operativ və peşəkar şəkildə araşdırıldığını qeyd edir. A.Muxtarov göstərilən diqqətə və peşəkar yanaşmaya görə DİN rəhbərliyinə və Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir, onlara xidmətdə uğurlar arzulayır.
19.06.2026 - Vətəndaş Hafiz Ağarəhimov
Vətəndaş Hafiz Ağarəhimov elektron müraciətində Qaradağ rayonunun Sahil qəsəbəsində sakinlər adından müraciət edərək ərazidə ictimai asayişin və təhlükəsizliyin təmin olunması istiqamətində görülən işlərdən məmnunluğunu ifadə edir. O, son dövrlər polis əməkdaşlarının fəaliyyəti nəticəsində qəsəbədə cinayətkarlıq və digər neqativ halların azaldığını, sakinlərin daha rahat və təhlükəsiz mühitdə yaşadıqlarını qeyd edir. H.Ağarəhimov göstərilən diqqətə və görülən tədbirlərə görə DİN rəhbərliyinə, Qaradağ Rayon Polis İdarəsinin və 38-ci Polis Bölməsinin rəhbərliyinə, eləcə də əməkdaşlarına təşəkkürünü bildirir, xidmətlərində uğurlar arzulayır. Bununla yanaşı, qəsəbə sakinlərini narahat edən yol problemi ilə bağlı müraciətinin də nəzarətə götürülməsini xahiş edir.
19.06.2026 - Vətəndaş Gülnarə İsayeva
Vətəndaş Gülnarə İsayeva ünvanladığı təşəkkür məktubunda Saray Polis Bölməsinin əməkdaşlarının müraciətlərinə göstərdikləri diqqət və qayğıdan məmnun qaldığını bildirir. O, polis əməkdaşlarının vətəndaşlarla səmimi ünsiyyət qurduqlarını, problemlərinin həllinə həssas yanaşdıqlarını və göstərdikləri dəstəyin onun tərəfindən yüksək qiymətləndirildiyini qeyd edir. G.İsayeva göstərilən diqqətə və vətəndaş məmnunluğunun təmin olunması istiqamətində görülən işlərə görə DİN rəhbərliyinə və Saray Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir, onların əməyinin layiqincə qiymətləndirilməsini arzulayır.
19.06.2026 - Vətəndaş Pərvin Dunusov
Vətəndaş Pərvin Dunusov “Instagram” sosial şəbəkəsi vasitəsilə etdiyi müraciətində pul vəsaitinin oğurlanması ilə bağlı Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinə müraciət etdiyini bildirir. O, müraciətinə operativ şəkildə baxıldığını və qaldırdığı məsələnin qısa müddətdə müsbət həllini tapdığını qeyd edir. P.Dunusov müraciətinə həssas və çevik yanaşılmasına görə DİN rəhbərliyinə, Nəsimi Rayon Polis İdarəsinin rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü bildirir, Azərbaycan Polisinin fəaliyyətini yüksək qiymətləndirərək onlara xidmətdə uğurlar arzulayır.
19.06.2026 - Vətəndaş Pünhan Həsənli
Vətəndaş Pünhan Həsənli baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə görə DİN rəhbərliyinə və Nərimanov RayonVətəndaş Pünhan Həsənli Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
19.06.2026 - Vətəndaş Tural Məmmədov
Vətəndaş Tural Məmmədov DİN-in sosial şəbəkə səhifəsinə təşəkkür mesajı yazıb. O, bacısının itkin düşməsi ilə bağlı müraciətinə çevik reaksiya göstərildiyini, polis əməkdaşları tərəfindən böyük zəhmət və məsuliyyət nümayiş etdirilərək ən qısa zamanda sağ-salamat tapılaraq ailəsinə təhvil verildiyini qeyd edir.