Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Sosial şəbəkə istifadəçisi Tamerlan İsayev baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ona dəymiş maddi ziyanın ödənilməsində göstərilən köməkliyə görə Nərimanov Rayon Polis İdarəsinin rəhbərliyinə minnətdarlığını bildirir.

Sosial şəbəkə istifadəçisi Murad Əliyev baş vermiş yol-nəqliyyat hadisəsilə bağlı obyektiv araşdırma aparılmasına və göstərilən köməkliyə görə Nərimanov RPİ-nin Təhqiqat Şöbəsinin əməkdaşlarına minnətdarlıq edir.

Sosial şəbəkə istifadəçisi Dərya Abdulkərimli oğurlanmış mobil telefonunun qısa müddətdə tapılaraq özünə qaytarıldığına görə Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin kollektivinə təşəkkürünü bildirir.

Vətəndaş Vüqar Əliyev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Mənə qarşı törədilmiş oğurluq əməlinə görə Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinə ərizə ilə müraciət etmişdim. Bildirirəm ki, Nəsimi RPİ-nin 20-ci PŞ-də aparılan təhqiqat araşdırması nəticəsində telefonum tapıılaraq mənə təhvil verilmişdir. Buna görə DİN-in və Nəsimi Rayon Polis İdarəsinin rəhbərliyinə təşəkkürümü bildirirəm. Var olsun, Azərbaycan polisi!”.

Şahbuz rayon sakini Eldar Qasımov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda üzləşdiyi problemlə bağlı Şahbuz Rayon Polis Şöbəsinə müraciət etdiyini bildirir. Müraciətinin obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə görə DİN-in rəhbərliyinə və Şahbuz Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Şahbuz rayon sakini Elvin İbrahimov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda üzləşdiyi problemlə bağlı Şahbuz Rayon Polis Şöbəsinə müraciət etdiyini bildirir. Müraciətinin obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə görə DİN-in rəhbərliyinə və Şahbuz Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Şahbuz rayon sakini Fariz Məmmədov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda üzləşdiyi problemlə bağlı Şahbuz Rayon Polis Şöbəsinə müraciət etdiyini bildirir. Müraciətinin obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə görə DİN-in rəhbərliyinə və Şahbuz Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Ordubad şəhər sakini Fatma Məmmədova Daxili İşlər Nazirliyinə ünvanladığı teleqramda müraciətinə Ordubad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən operativ baxıldığını, araşdırma aparılaraq müvafiq tədbirlərin görüldüyünü yazır. O, müraciətinin müsbət həll olunduğunu qeyd edərək DİN-in rəhbərliyinə və Ordubad Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Şərur rayon sakini Məhərrəm Nəcəfov DİN-in “Instagram” səhifəsinə ünvanladığı mesajında üzləşdiyi problemlə bağlı Şahbuz Rayon Polis Şöbəsinə müraciət etdiyini bildirir. Müraciətinin obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə görə DİN və Naxçıvan MR DİN rəhbərliyinə təşəkkürünü bildirir.