Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
22.06.2026 - Vətəndaş Tərlan Balammədov
Vətəndaş Tərlan Balammədov DİN-in “Instagram” səhifəsinə yazdığı təşəkkür mesajında “102” Xidməti-Zəng Mərkəzinə müraciət etdiyini bildirir. Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşları tərəfindən məsələyə tez bir zamanda baxılaraq məsələ həll edildi. 35-ci Polis Bölməsinin rəhbərliyinə və şəxsi heyətinə dərin təşəkkürlərimi bildirirəm. Yaşasın, Azərbaycan polisi!”.
22.06.2026 - Bakı şəhər sakini Yarış Məmmədov
Bakı şəhər sakini, Qarabağ qazisi olan Yarış Məmmədov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda ictimai asayişin pozulması ilə bağlı Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə müraciət etdiyini, polis əməkdaşlarının operativliyi sayəsində məsələnin qısa müddətdə həll edildiyini yazır.
O, müraciətinə çevik reaksiya verilməsinə, o cümlədən Qarabağ qazisi kimi göstərilən yüksək diqqət və qayğıya görə 24-cü Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
22.06.2026 - Quba rayon sakini Adil Abidov
Quba rayon sakini Adil Abidov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda ictimai asayişi ayıq-sayıq qoruduqlarına və xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
22.06.2026 - Mingəçevir şəhər sakini Arif Ağamalıyev
Mingəçevir şəhər sakini Arif Ağamalıyev Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda müraciətinin müsbət həll olunmasına və dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə Mingəçevir ŞPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
22.06.2026 - Mingəçevir şəhər sakini Şərqiyə Xəlilova
Mingəçevir şəhər sakini Şərqiyə Xəlilova Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda müraciətinin müsbət həll olunmasına və dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə Mingəçevir ŞPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
22.06.2026 - Vətəndaş Elyaz Gülüyev
Vətəndaş Elyaz Gülüyev Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda ictimai asayişi ayıq-sayıq qoruduqlarına və xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə Zaqatala RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
22.06.2026 - Qəbələ rayon sakini İlham Qarayev
Qəbələ rayon sakini İlham Qarayev Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda ictimai asayişi ayıq-sayıq qoruduqlarına və xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə Qəbələ Rayon Polis şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
22.06.2026 - Neftçala rayon sakini Malik Rəcəbov
Neftçala rayon sakini Malik Rəcəbov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda müraciətinin obyektiv araşdırılmasına və müsbət həll olunmasına görə Sabunçu RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
22.06.2026 - İmişli rayon sakini Ceyhun Quliyev
İmişli rayon sakini Ceyhun Quliyev Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda ictimai asayişi ayıq-sayıq qoruduqlarına və xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə İmişli RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.