Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
13.07.2026 - Vətəndaş Rafət Tağıyeva
Vətəndaş Rafət Tağıyeva DİN-in “Instagram” səhifəsinə mesajında üzləşdiyi məsələ ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
13.07.2026 - Əcnəbi vətəndaş Mohammed Kalandar
Əcnəbi vətəndaş Mohammed Kalandar DİN-in “Instagram” səhifəsinə ünvanladığı təşəkkür mesajında üzləşdikləri dələduzluq faktı ilə bağlı Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinə müraciət etdiklərini bildirir. Müraciətinin obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN-in rəhbərliyinə və Nərimanov RPİ-nin 16-cı Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
13.07.2026 - Vətəndaş Vüsal Əliyev
Vətəndaş Vüsal Əliyev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, mesajında dələduzluq hadisəsi ilə bağlı Nərimanov RPİ-ə müraciət etdiyini, polis əməkdaşlarının müraciətinə operativ şəkildə baxdığını yazır. O, müraciətinə çevik reaksiya verilməsinə və dəymiş ziyanın ödətdirilməsinə görə Nərimanov RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
13.07.2026 - Vətəndaş Ehtiram Muradov
Vətəndaş Ehtiram Muradov jurnalist fəaliyyəti zamanı göstərilən informasiya dəstəyi və diqqətə görə DİN Mətbuat Xidmətinin Şəki və Bərdə regional qruplarının əməkdaşlarına təşəkkürünü bildirir.
13.07.2026 - Sosial şəbəkə istifadəçisi Aysu Əliyeva
Sosial şəbəkə istifadəçisi Aysu Əliyeva itirdiyi əl çantasının qısa müddətdə tapılmasına göstərilən operativ köməyə görə Səbail Rayon 39-cu Polis Şöbəsinin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını ifadə edir.
13.07.2026 - Sosial şəbəkə istifadəçisi Teymur Allahverdiyev
Sosial şəbəkə istifadəçisi Teymur Allahverdiyev müraciətinin araşdırılması zamanı nümayiş etdirilən peşəkar yanaşma və nəzakətli rəftara görə Nəqliyyatda Baş Polis İdarəsinin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.
13.07.2026 - Sosial şəbəkə istifadəçisi Arzu Xəlilova
Sosial şəbəkə istifadəçisi Arzu Xəlilova müraciətinin operativ araşdırılması və göstərilən peşəkar köməyə görə Xətai Rayon Polis İdarəsinin rəhbərliyinə və 34-cü Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
13.07.2026 - Sosial şəbəkə istifadəçisi Əlövsət Dadaşov
Sosial şəbəkə istifadəçisi Əlövsət Dadaşov müraciəti əsasında maddi ziyanın ödənilməsi istiqamətində məsələnin operativ həllinə görə polis əməkdaşlarına minnətdarlığını ifadə edir.
13.07.2026 - Sosial şəbəkə istifadəçisi İlahə Şahbazova
Sosial şəbəkə istifadəçisi İlahə Şahbazova müraciətinə həssas yanaşılaraq qısa müddətdə baxılması və lazımi köməkliyin göstərilməsinə görə Xətai Rayon Polis İdarəsinin rəhbərliyinə və 35-ci Polis Bölməsinin əməkdaşlarına təşəkkür edir.