Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
17.04.2026 - Vətəndaş Gülbahar Əliyeva
Vətəndaş Gülbahar Əliyeva DİN-in “Instagram” səhifəsinə mesajında üzləşdiyi problemlə bağlı polisə müraciət etdiyini, obyektivliyə, müraciətinin qısa müddətdə müsbət həll olunmasına görə Xətai RPİ-nin 35-ci Polis Bölməsinin əməkdaşlarına minnətdarlığını ifadə edir.
17.04.2026 - Vətəndaş Faiq Talıbov
Vətəndaş Faiq Talıbov DİN-in “Instagram” səhifəsinə mesajında üzləşdiyi problemlə bağlı müraciət etdiyini, operativ tədbirlərin həyata keçirildiyini, müraciətinin müsbət həll olunaraq narahatlığına son qoyulmasına görə Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
17.04.2026 - Əcnəbi vətəndaş Nauman Muhammad
Əcnəbi vətəndaş Nauman Muhammad DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi problemlə bağlı müraciətinə operativ baxılmasına və qısa müddətdə müsbət həll olunmasına görə Nərimanov RPİ 16-cı Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
17.04.2026 - Vətəndaş Vilayət Əliyev
Vətəndaş Vilayət Əliyev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar aparılan obyektiv araşdırmalara görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
17.04.2026 - Vətəndaş Emil İsmayılov
Vətəndaş Emil İsmayılov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciəti üzrə göstərdikləri köməkliyə görə Azərbaycan polisinə təşəkkürünü bildirir.
17.04.2026 - Vətəndaş Kamran Abasov
Vətəndaş Kamran Abasov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, övladının üzləşdiyi yol-nəqliyyat hadisəsi ilə əlaqədar aparılan obyektiv araşdırmalara görə Xətai Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
17.04.2026 - Vətəndaş Çinarə Məmmədova
Vətəndaş Çinarə Məmmədova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə göstərdikləri operativliyə görə Xətai Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
17.04.2026 - Vətəndaş Aytən Cəfərova
Vətəndaş Aytən Cəfərova məktubunda müraciətinə operativ baxılmasına və həyata keçirilən tədbirlərə görə Azərbaycan polisinə təşəkkürünü bildirir.
17.04.2026 - Şəhid ailəsi olan Xanlar Qənbərov
Şəhid ailəsi olan Xanlar Qənbərov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə operativ baxılmasına və qısa müddətdə müsbət həll olunmasına görə Səbail RPİ 9-cu Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.