Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
14.07.2026 - Vətəndaş Firidun Hüseynov
Vətəndaş Firidun Hüseynov “Instagram” sosial şəbəkəsi vasitəsilə etdiyi müraciətində yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma müddətində qəbul olunduğunu, hüquq və vəzifələrinin ətraflı izah edildiyini, həmçinin müraciətinə diqqətlə yanaşıldığını qeyd edir. Vətəndaş müraciətlərinə həssas münasibət göstərilməsinə, ona göstərilən diqqət və qayğıya görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir, onlara çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
14.07.2026 - Vətəndaş Məhəmməd Dadaşlı
Vətəndaş Məhəmməd Dadaşlı “Instagram” sosial şəbəkəsi vasitəsilə etdiyi müraciətində yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma müddətində qəbul olunduğunu, hüquq və vəzifələrinin ətraflı izah edildiyini, həmçinin müraciətinə diqqətlə yanaşıldığını qeyd edir. Vətəndaş müraciətlərinə həssas münasibət göstərilməsinə, ona göstərilən diqqət və qayğıya görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir, onlara çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
14.07.2026 - Vətəndaş Əli Vəliyev
Vətəndaş Əli Vəliyev “Instagram” sosial şəbəkəsi vasitəsilə etdiyi müraciətində Nərimanov Rayon Polis İdarəsinə ünvanladığı müraciətin qısa müddətdə araşdırılaraq müsbət həll olunduğunu bildirir. O, müraciətinə göstərilən diqqət və operativ yanaşmadan razı qaldığını qeyd edir. Ə.Vəliyev müraciətinin müsbət həllinə görə DİN rəhbərliyinə, Nərimanov Rayon Polis İdarəsinə minnətdarlığını ifadə edir, Azərbaycan polisinin fəaliyyətini yüksək qiymətləndirdiyini vurğulayır.
14.07.2026 - Vətəndaş Ülkər Babayeva
Vətəndaş Ülkər Babayeva Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda Azərbaycan Polisinin cəmiyyətin təhlükəsizliyinin təmin olunması, ictimai asayişin qorunması və vətəndaşların rahatlığının təmin edilməsi istiqamətində gördüyü fəaliyyəti yüksək qiymətləndirdiyini bildirir. O, polis əməkdaşlarının gecə-gündüz fədakarlıqla xidmət apardıqlarını qeyd edir, onların peşəkarlığına və məsuliyyətli fəaliyyətinə görə minnətdarlığını ifadə edir. Ü.Babayeva DİN rəhbərliyinə və Azərbaycan Polisinin şəxsi heyətinə təşəkkürünü bildirir, onlara xidmətlərində uğurlar arzulayır.
14.07.2026 - Vətəndaş Emin Məmməd-zadə
Vətəndaş Emin Məmməd-zadə Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda üzləşdiyi problemlə bağlı müraciətinə operativ baxıldığına, qısa müddətdə araşdırılaraq müvafiq tədbirlərin keçirildiyinə və obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə görə DİN rəhbərliyinə və Azərbaycan Polisinin şəxsi heyətinə təşəkkürünü bildirir, onlara xidmətlərində uğurlar arzulayır.
14.07.2026 - Vətən müharibəsi iştiraçısı Seymur Əhmədov
Vətən müharibəsi iştiraçısı Seymur Əhmədov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda ona dəymiş ziyanla bağlı polisə müraciət etdiyini bildirir. O qeyd edir ki, aparılmış araşdırma və görülmüş tədbirlər nəticəsində ona vurulmuş ziyan ödənilib və məsələ öz həllini tapıb. S.Əhmədov müraciətinə operativ baxıldığına və göstərilən köməyə görə DİN rəhbərliyinə və Azərbaycan Polisinə minnətdarlığını ifadə edir.
14.07.2026 - Vətəndaş Elşən Gözəlov
Vətəndaş Elşən Gözəlov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda polis əməkdaşlarının müraciətlərinə göstərdikləri diqqət və qayğıdan məmnun qaldığını bildirir. O, polis əməkdaşlarının vətəndaşlarla səmimi ünsiyyət qurduqlarını, problemlərinin həllinə həssas yanaşdıqlarını və göstərdikləri dəstəyin onun tərəfindən yüksək qiymətləndirildiyini qeyd edir. E.Gözəlov göstərilən diqqətə və vətəndaş məmnunluğunun təmin olunması istiqamətində görülən işlərə görə DİN rəhbərliyinə və Azərbaycan Polisinə minnətdarlığını ifadə edir.
14.07.2026 - Vətəndaş Ramin Musayev
Vətəndaş Ramin Musayev DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında mobil telefonunun itməsi ilə bağlı müraciət etdiyini, polis əməkdaşlarının operativliyi sayəsində telefonunun qısa müddətdə tapılaraq ona təhvil verildiyini yazır. Göstərilən diqqətə və obyektiv araşdırmalara görə DİN rəhbərliyinə və Hava Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını ifadə edir.
14.07.2026 - Şahbuz rayon sakini Hüsen Xudiyev
Şahbuz rayon sakini Hüsen Xudiyev Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda üzləşdiyi problemlə bağlı müraciət etdiyini, polis əməkdaşlarının müraciətinə operativ şəkildə baxdığını yazır. O, müraciətinə həssas yanaşılmasına, göstərilən diqqətə və görülmüş tədbirlərlə probleminin qısa müddətdə aradan qaldırılmasına görə DİN rəhbərliyinə, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin rəhbərliyinə və Şahbuz Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü ifadə edir.