Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
15.01.2026 - Vətəndaş Vasif Bağırov
Vətəndaş Vasif Bağırov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Xətai rayonu ərazisində yerləşən və sahibi olduğum diş klinikasının mühafizə sisteminə qoşulması ilə bağlı Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsinə ərizə ilə müraciət etmişdim. Müraciətim dərhal qeydiyyata alınmış və operativ şəkildə mühafizə sistemi qoşulmuşdur. Göstərilən diqqət və operativliyə görə DİN-in və Xətai Rayon Polis İdarəsinin rəhbərliyinə dərin təşəkkürümü bildirirəm”.
15.01.2026 - Vətəndaş Təranə Məhərrəmova
Vətəndaş Təranə Məhərrəmova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Nərimanov rayon sakini kimi öz adımdan bildirirəm ki, rayon polis idarəsinin 17-ci Polis Şöbəsinə ünvanladığım ərizə ilə bağlı dərhal operativ reaksiya göstərildi, mənə dəymiş ziyan tam şəkildə ödənildi. Bu səbəbdən DİN-in rəhbərliyinə və Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin əməkdaşlarına dərin təşəkkürümü bildirirəm”.
15.01.2026 - Vətəndaş Şahin Zeynalov
Vətəndaş Şahin Zeynalov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Mən Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Şöbəsinə yaşadığım binanın altında yerləşən kafedən gələn səs-küylə bağlı müraciət etmişdim. Müraciətimlə əlaqədar polis əməkdaşları həmin obyektə gələrək məsələni operativ şəkildə həll etdilər və səs-küy aradan qaldırıldı. Müraciətimin müsbət həllinə görə DİN-in və Xətai Rayon Polis İdarəsinin rəhbərliyinə, eləcə də 36-cı Polis Şöbəsinin əməkdaşlarına təşəkkürümü bildirirəm. Sağ olsun, Azərbaycan polisi!”.
15.01.2026 - Vətəndaş Daşqın Məşədiyev
Vətəndaş Daşqın Məşədiyev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Ərizə ilə Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə müraciət etmişdim. Müraciətimə operativ şəkildə reaksiya verildi, mənə lazımi köməklik göstərildi. Buna görə də DİN-in və Xətai Rayon Polis İdarəsinin rəhbərliyinə təşəkkürümü bildirirəm”.
15.01.2026 - Quba rayon sakini Cabir Beydullayev
Quba rayon sakini Cabir Beydullayev daxili işlər naziri tərəfindən Quba Rayon Polis Şöbəsində keçirilən vətəndaş qəbulunda etdiyi müraciətinin müsbət həll edilməsinə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
15.01.2026 - Quba rayon sakini Ramiz Həmzəyev
Daxili işlər naziri tərəfindən Quba Rayon Polis Şöbəsində keçirilən vətəndaş qəbulunda iştirak edən Quba rayon sakini Ramiz Həmzəyev ünvanladığı təşəkkür məktubunda xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, eləcə də fədakarlıq nümayiş etdirdiklərinə görə DİN rəhbərliyinə və Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
15.01.2026 - Şəhid anası olan Quba rayon sakini Gülbacı Lətifova
Şəhid anası olan Quba rayon sakini Gülbacı Lətifova daxili işlər naziri tərəfindən Quba Rayon Polis Şöbəsində keçirilən vətəndaş qəbulunda göstərilən diqqət və qayğıya, həmçinin maddi yardım göstərilməsinə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
15.01.2026 - Quba rayon sakini Tofiq Şirinov
Quba rayon sakini Tofiq Şirinov daxili işlər naziri tərəfindən Quba Rayon Polis Şöbəsində keçirilən vətəndaş qəbulunda etdiyi müraciətinin müsbət həll edilməsinə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
15.01.2026 - Quba rayon sakini Bayram Əliyev
Daxili işlər naziri tərəfindən Quba Rayon Polis Şöbəsində keçirilən vətəndaş qəbulunda iştirak edən Quba rayon sakini Bayram Əliyev ünvanladığı təşəkkür məktubunda xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, eləcə də fədakarlıq nümayiş etdirdiklərinə görə DİN rəhbərliyinə, Quba və Xaçmaz RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.