Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
24.06.2026 - Sosial şəbəkə istifadəçisi Cavid Zeynalov
Sosial şəbəkə istifadəçisi Cavid Zeynalov Bakı şəhəri Nərimanov rayonu ərazisində baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı aparılan şəffaf və obyektiv araşdırmaya görə DİN rəhbərliyinə təşəkkürünü ifadə edir.
24.06.2026 - Vətəndaş Gülnarə Rüstəmzadə
Vətəndaş Gülnarə Rüstəmzadə müraciətinə Bakı Şəhər Baş Polis İdarəsində operativ baxılmasına və göstərilən diqqətə görə DİN rəhbərliyinə minnətdarlığını ifadə edir.
24.06.2026 - Sosial şəbəkə istifadəçisi Məryəm Həsənova
Sosial şəbəkə istifadəçisi Məryəm Həsənova Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən ona göstərilən operativ köməyə görə DİN rəhbərliyinə və polis əməkdaşlarına təşəkkür edir.
24.06.2026 - Sosial şəbəkə istifadəçisi Kazım Muradov
Sosial şəbəkə istifadəçisi Kazım Muradov şəxsiyyət vəsiqəsinin itməsi ilə bağlı müraciətinin müsbət həll olunmasına görə DİN rəhbərliyinə və Şahbuz Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü ifadə edir.
24.06.2026 - Sosial şəbəkə istifadəçisi Leyla Babayeva
Sosial şəbəkə istifadəçisi Leyla Babayeva müraciətinə qısa müddət ərzində baxılmasına görə DİN rəhbərliyinə və Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
24.06.2026 - Vətəndaş Tərlan Əskərov
Vətəndaş Tərlan Əskərov yol hərəkəti qaydalarının pozulmasının qarşısının alınması zamanı nümayiş etdirdiyi vətəndaş mövqeyinə görə polis əməkdaşları tərəfindən ona göstərilən diqqət, nəzakət və yüksək münasibətdən məmnunluğunu ifadə edir. O, polis əməkdaşlarının vətəndaşlarla ünsiyyətdə peşəkarlıq, hörmət və etik davranış nümayiş etdirməsini yüksək qiymətləndirərək, bu cür münasibətin cəmiyyətlə polis arasında qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət etdiyini bildirir və DİN rəhbərliyinə, eləcə də polis əməkdaşlarına minnətdarlığını çatdırır.
24.06.2026 - Vətəndaş Mirsalam Hüseynli
Vətəndaş Mirsalam Hüseynli DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı müraciətinə həssaslıqla yanaşıldığını və dəymiş maddi ziyanın ödənilməsində köməklik göstərildiyini bildirir. Obyektiv araşdırma aparıldığına görə DİN rəhbərliyinə və Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkür edir.
24.06.2026 - Əcnəbi vətəndaş Wojciech Kwiatkowski
Əcnəbi vətəndaş Wojciech Kwiatkowski DİN-in sosial şəbəkə səhifəsinə təşəkkür mesajı yazıb. O, itirdiyi pulunun tapılmasında göstərilən köməkliyə görə Səbail RPİ-nin 9-cu Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
24.06.2026 - Vətəndaş Saray İsayeva
Vətəndaş Saray İsayeva müraciətinə operativ baxıldığını, 8-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən itirdiyi mobil telefonunun qısa müddətdə tapılıb ona təhvil verildiyini, aidiyyəti üzrə köməklik göstərildiyini qeyd edir. O, müraciətinin müsbət həll olunmasına görə dərin minnətdarlığını bildirir.