Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
21.07.2026 - Vətəndaş Azər Həsənov
Vətəndaş Azər Həsənov Daxili İşlər Nazirliyinin sosial şəbəkə səhifəsinə yazdığı mesajında pozulmuş hüquqlarının bərpası ilə bağlı müraciətinə operativ baxıldığına, qısa müddətdə araşdırılaraq müvafiq tədbirlərin keçiridiyinə və pozulmuş hüquqlarının bərpa edildiyinə görə Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
21.07.2026 - Vətəndaş İsgəndər Qazaxov
Vətəndaş İsgəndər Qazaxov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, barəsində tərtib olunmuş protokolla bağlı səhifə vasitəsilə etdiyi müraciəti ilə əlaqədar Nərimanov RPİ-yə dəvət olunduğunu, qanuni izah verilərək məsələyə aydınlıq gətirildiyini qeyd edir.
20.07.2026 - Yevlax rayon sakini Niyar Əhmədova
Yevlax rayon sakini Niyar Əhmədova müraciətinin müsbət həll edilməsinə görə Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarına və DİN rəhbərliyinə minnətdarlığını bildirir.
20.07.2026 - Bir qrup Füzuli rayon sakini
Bir qrup Füzuli rayon sakini müraciətlərində göstərilən diqqət və qayğıya görə Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarına və DİN rəhbərliyinə təşəkkür edirlər.
20.07.2026 - Füzuli rayon sakini Cehun Qəhrəmanov
Füzuli rayon sakini Cehun Qəhrəmanov müraciətinin müsbət həll edilməsinə görə Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarına və DİN rəhbərliyinə minnətdarlığını bildirir.
20.07.2026 - Ağdaş rayon sakini Eşqin İsmayılov
Ağdaş rayon sakini Eşqin İsmayılov göstərdikləri diqqət və qayğıya görə, Göyçay RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
20.07.2026 - Şahbuz rayon sakini Leyla Bağırova
Şahbuz rayon sakini Leyla Bağırova müraciətinin müsbət həll olunmasına görə, Şahbuz RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
20.07.2026 - Şəki rayon sakini Samir Mirzəyev
Şəki rayon sakini Samir Mirzəyev müraciətinin müsbət həll olunmasına görə, DİN rəhbərliyinə minnətdarlığını bildirir.
20.07.2026 - Yevlax rayon sakini Osman Xəlilov
Yevlax rayon sakini Osman Xəlilov xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə, Mingəçevir ŞPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.