Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
21.07.2026 - Vətəndaş Rübail Nəsibov
Vətəndaş Rübail Nəsibov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı göndərib. O, müraciətinə qısa müddətdə baxıldığını, göstərilən həssas münasibətə görə Gəncə Şəhər Baş Polis İdarəsinin DYPŞ-nin əməkdaşlarına təşəkkürünü bildirib.
21.07.2026 - Bakı şəhər sakini Məhluqə İsayeva
Bakı şəhər sakini Məhluqə İsayeva DİN-in “Instagram” səhifəsinə mesajında üzləşdiyi problemlə bağlı polisə müraciət etdiyini, polis əməkdaşlarının müraciətinə operativ şəkildə baxdığını yazır. O, müraciətinə həssas yanaşılmasına, göstərilən diqqətə və görülmüş tədbirlərlə probleminin qısa müddətdə aradan qaldırılmasına görə DİN rəhbərliyinə və Xətai RPİ 35-ci Polis Şöbəsinə minnətdarlığını ifadə edir.
21.07.2026 - Vətəndaş Nisə Məmmədova
Vətəndaş Nisə Məmmədova Əlizadə “Instagram” sosial şəbəkəsi vasitəsilə etdiyi müraciətində mobil telefonunu itirməsi ilə əlaqədar Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Şöbəsinə müraciət etdiyini bildirir. O qeyd edir ki, müraciətinə dərhal və operativ baxılaraq mobil telefonunun tapılmasında köməklik göstərilib. Göstərilən operativliyə və diqqətə görə DİN rəhbərliyinə, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
21.07.2026 - Vətəndaş Pərişan Əsgərova
Vətəndaş Pərişan Əsgərova DİN-in Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda üzləşdiyi problemlə bağlı Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə müraciət etdiyini, polis əməkdaşlarının müraciətinə operativ şəkildə baxdığını yazır. O, müraciətinə həssas yanaşılmasına, göstərilən diqqətə və görülmüş tədbirlərlə probleminin qısa müddətdə aradan qaldırılmasına görə DİN rəhbərliyinə və Nizami Rayon Polis İdarəsinə minnətdarlığını ifadə edir.
21.07.2026 - Vətəndaş Əliş Ləmbəranski
Vətəndaş Əliş Ləmbəranski Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda üzləşdiyi problemlə bağlı müraciətinə operativ baxıldığına, qısa müddətdə araşdırılaraq müvafiq tədbirlərin keçirildiyinə və obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə görə DİN rəhbərliyinə və Azərbaycan Polisinin şəxsi heyətinə təşəkkürünü bildirir, onlara xidmətlərində uğurlar arzulayır.
21.07.2026 - Vətəndaş Əvdil Ələkbərov
Vətəndaş Əvdil Ələkbərov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında üzləşdiyi problemlə bağlı polisə müraciət etdiyini, məsələnin qısa müddətdə araşdırıldığını, müraciətinə diqqətlə yanaşılmasına və keçirilən operativ tədbirlərə görə Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını ifadə edir.
21.07.2026 - Vətəndaş Ağamoğlan Möhübbətli
Vətəndaş Ağamoğlan Möhübbətli DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında üzləşdiyi problemlə bağlı polisə müraciət etdiyini, məsələnin qısa müddətdə araşdırıldığını, müraciətinə diqqətlə yanaşılmasına və keçirilən operativ tədbirlərə görə Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını ifadə edir.
21.07.2026 - Vətəndaş Məhəmməd Məmmədzadə
Vətəndaş Məhəmməd Məmmədzadə “Facebook” sosial şəbəkəsi vasitəsilə etdiyi müraciətində yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma müddətində qəbul olunduğunu, hüquq və vəzifələrinin ətraflı izah edildiyini, həmçinin müraciətinə diqqətlə yanaşıldığını qeyd edir. Vətəndaş müraciətlərinə həssas münasibət göstərilməsinə, ona göstərilən diqqət və qayğıya görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir, onlara çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
21.07.2026 - Vətəndaş İbrahim Abbaszadə
Vətəndaş İbrahim Abbaszadə “Instagram” sosial şəbəkəsi vasitəsilə etdiyi müraciətində Nərimanov Rayon Polis İdarəsinə ünvanladığı müraciətin qısa müddətdə araşdırılaraq müsbət həll olunduğunu bildirir. O, müraciətinə göstərilən diqqət və operativ yanaşmadan razı qaldığını qeyd edir. İ.Abbaszadə müraciətinin müsbət həllinə görə DİN rəhbərliyinə, Nərimanov Rayon Polis İdarəsinə minnətdarlığını ifadə edir, Azərbaycan polisinin fəaliyyətini yüksək qiymətləndirdiyini vurğulayır.