Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
03.07.2026 - Vətəndaş Aygün Qasımova
Vətəndaş Aygün Qasımova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, vətəndaş müraciətlərinə, həmçinin onun müraciətinə həssaslıqla yanaşan və xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə minnətdarlığını bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
03.07.2026 - Ordubad rayonunun Sabirkənd kənd sakini Hüseyn Əlisoy
Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Sabirkənd kənd sakini Hüseyn Əlisoy Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə ünvanladığı təşəkkür məktubunda müraciəti ilə əlaqədar Ordubad Rayon Polis Şöbəsində obyektiv araşdırma aparıldığını qeyd edir.
O, göstərilən köməkliyə və həyata keçirilən tədbirlərə görə Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Daxili İşlər nazirliklərinin rəhbərliyinə təşəkkürünü bildirir.
03.07.2026 - Əcnəbi vətəndaş Yan Yanoska
Əcnəbi vətəndaş Yan Yanoska DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciəti ilə əlaqədar göstərilən köməkliyə və həyata keçirilən tədbirlərə görə Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
03.07.2026 - Vətəndaş Kamil Abdullayev
Vətəndaş Kamil Abdullayev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar aparılan obyektiv araşdırmalara görə Xətai Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
03.07.2026 - Vətəndaş Günel Əmiraslanova
Vətəndaş Günel Əmiraslanova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi oğurluqla əlaqədar müraciətinə çevik reaksiya verilərək qısa müddətdə müsbət həll olunmasına görə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
03.07.2026 - Vətəndaş Ağaəli Əliyev
Vətəndaş Ağaəli Əliyev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə operativ baxılmasına və ona dəymiş maddi ziyanın tam ödətdirilməsinin təmin olunmasına görə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
03.07.2026 - Vətəndaş Fərqanə Əliyeva
Vətəndaş Fərqanə Əliyeva DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi problemlə bağlı müraciətinin qısa müddətdə müsbət həll olunduğunu qeyd edərək ictimai asayişi ayıq-sayıq qoruyan, xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
03.07.2026 - Vətəndaş Mədinə Əmrahlı
Vətəndaş Mədinə Əmrahlı DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə operativ baxılmasına və göstərilən köməkliyə görə Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
03.07.2026 - Bakı şəhər sakini Vüsalə İslamova
Bakı şəhər sakini Vüsalə İslamova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinin obyektiv araşdırılmasına və ona hüquqi izah verilməsinə görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.