Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
27.04.2026 - Vətəndaş Nuranə Hüseynova
Vətəndaş Nuranə Hüseynova DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında müraciəti ilə əlaqədar Lənkəran Şəhər Rayon Polis Şöbəsinin rəhbərliyi tərəfindən qəbul edildiyini, ona lazımi hüquqi izahların verildiyini bildirir və müraciətinə çevik reaksiya verilməsinə görə təşəkkürünü bildirir.
27.04.2026 - Lerik rayon sakini Məhərrəm Rüstəmov
Lerik rayon sakini Məhərrəm Rüstəmov DİN-in “Facebook” səhifəsinə yazdığı mesajında müraciətinə operativ baxılaraq araşdırılmasına və vətəndaş məmnunluğunun təmin olunmasına görə Azərbaycan polisinə təşəkkürünü bildirir.
27.04.2026 - Cəlilabad şəhər sakini Rauf Vəliyev
Cəlilabad şəhər sakini Rauf Vəliyev öz məktubunda DİN rəhbərliyi tərəfindən keçirilən vətəndaş qəbulu zamanı müraciətinin diqqətlə dinlənilməsinə, onu narahat edən məsələ ilə bağlı lazımi köməyin göstərilməsinə görə minnətdarlığını bildirir.
24.04.2026 - Vətəndaş Ləman Cəfərli
Vətəndaş Ləman Cəfərli DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “8 nömrəli poliklinikanın yanındakı 26 nömrəli avtobusda gedərkən xüsusi qayğıya ehtiyacı olan (autizmli) bir uşaq qaçaraq avtobusa mindi. Uşaq tək və panik vəziyyətdə idi, danışmaqda çətinlik çəkirdi. Vəziyyəti nəzərə alınaraq sürücü tərəfindən Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə aparıldı. Mən də uşağa nəzarət etmək üçün onunla birlikdə getdim. Şöbədə çalışan polis əməkdaşları uşağa çox diqqətlə və qayğı ilə yanaşdılar, əllərindən gələni etdilər və həqiqətən çox kömək oldular. Mən bir vətəndaş olaraq Nərimanov RPİ əməkdaşlarına göstərdikləri həssaslıq, diqqət və insanlıq üçün təşəkkürümü bildirmək istəyirəm. Belə münasibət həqiqətən təqdirəlayiqdir. Zəhmətiniz üçün minnətdaram”.
24.04.2026 - Vətəndaş Bəhruz Əzizli
Vətəndaş Bəhruz Əzizli DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Aldadılmağımla bağlı 24-cü Polis Şöbəsinə müraciət etmişdim. Polis Şöbəsində müraciətimin araşdırması aparıldı. DİN-in və Nizami Rayon Polis İdarəsinin rəhbərliyinə, həmçinin əməkdaşlarına təşəkkürümü bildirirəm”.
24.04.2026 - Vətəndaş Nicat Əliyev
Vətəndaş Nicat Əliyev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Mən paytaxt ərazisində yerləşən restoranlardan birinin administratoruyam. Kassadan pul vəsaiti oğurlanmışdı və mən də müdiriyyət qarşısında çox çətin vəziyyətə düşmüşdüm. Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinə müraciət etdim. Dərhal müraciətim araşdırıldı və kassadan pulları oğurlayan şəxs saxlanıldı, pullar geri qaytarıldı. DİN-in rəhbərliyinə və bu işdə əməyi olan polis əməkdaşlarına təşəkkürümü bildirirəm”.
24.04.2026 - Vətəndaş Emil Şükürzadə
Vətəndaş Emil Şükürzadə DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Mobil telefonuma ziyan vurulması ilə bağlı Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinə müraciət etmişdim. Polis əməkdaşları həmin şəxsi tapdı və mənə dəymiş ziyan ödənildi. Buna görə DİN-in rəhbərliyinə və polis əməkdaşlarına təşəkkürümü bildirirəm”.
24.04.2026 - Vətəndaş Ağakərim Fətullayev
Vətəndaş Ağakərim Fətullayev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “14.04.2026-cı il tarixində Nərimanov rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətmişdim və hadisənin gedişatının necə və hansı səbəbdən baş verdiyini bilmirdim. Araşdırma zamanı hadisənin gedişi mənə qanuni çərçivədə izah edildi. Buna görə DİN-in və Nərimanov Rayon Polis İdarəsinin rəhbərliyinə təşəkkür edirəm”.
24.04.2026 - Vətəndaş Aynur Mirzəyeva
Vətəndaş Aynur Mirzəyeva DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “13.04.2026-cı il tarixində DİN-in “102” Xidməti-Zəng Mərkəzinə müraciət edərək ev heyvanımın itməsi ilə bağlı axtarışında dəstək istəmişəm. Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin əməkdaşları bizə dərhal köməklik göstərdilər. Nəticədə, bir neçə saat ərzində ev heyvanımız tapıldı. Yuxarıda qeyd olunanlara görə Azərbaycan polisinə təşəkkürümü bildirirəm”.