Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
30.04.2026 - Sosial şəbəkə istifadəçisi Rəşad Hüseynov
Sosial şəbəkə istifadəçisi Rəşad Hüseynov təşəkkür mesajında narkotiklərə qarşı qətiyyətli mübarizədə göstərdikləri fədakar xidmətlərə görə DİN rəhbərliyinə və Nərimanov RPİ 17-ci Polis Bölməsinin əməkdaşlarına təşəkkür edir.
30.04.2026 - Sosial şəbəkə istifadəçisi Tural Soltanzadə
Sosial şəbəkə istifadəçisi Tural Soltanzadə məişət səs-küyü ilə bağlı müraciətinə operativ reaksiya verilərək müvafiq tədbirlər görülməklə müraciətinin müsbət həll edildiyinə görə Pirallahı RPİ-nin əməkdaşlarına minnətdarlıq edir.
30.04.2026 - Sosial şəbəkə istifadəçisi Jalə Fərəcli
Sosial şəbəkə istifadəçisi Jalə Fərəcli pul çantasının oğurlanması ilə bağlı müraciətinə çevik reaksiya verilərək əməli törədən şəxsin müəyyən edilib saxlanılmasına görə Bakı şəhər BPİ CAİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
30.04.2026 - Sosial şəbəkə istifadəçisi Araz Bilalov
Sosial şəbəkə istifadəçisi Araz Bilalov mesajında DİN-in “102” Xidməti- Zəng Mərkəzinə müraciətinə operativ reaksiya verilərək üzləşdiyi hadisənin aradan qaldırılmasında köməklik göstərildiyinə görə Nərimanov RPİ 18-ci Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.
30.04.2026 - Naxçıvan şəhər sakini Uğur Cabbarlı
Naxçıvan şəhər sakini Uğur Cabbarlı mesajında müraciətinə operativ baxılaraq ona göstərilən köməkliyə görə Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşlarına təşəkkür edir.
30.04.2026 - Sosial şəbəkə istifadəçisi Vüsal Məmmədli
Sosial şəbəkə istifadəçisi Vüsal Məmmədli müraciətinə operativ reaksiya verilməsinə və müsbət həll olunmasına görə Nizami RPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.
30.04.2026 - Sosial şəbəkə istifadəçisi Ayşən Tanırverdiyeva
Sosial şəbəkə istifadəçisi Ayşən Tanırverdiyeva üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciəti əsasında aparılan araşdırmalarla ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə Nərimanov Rayon Polis İdarəsinin 16-ci Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.
30.04.2026 - Vətəndaş Aqşin Göycəyev
Vətəndaş Aqşin Göycəyev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Paytaxtın Xətai rayonu Cavanşir küçəsində baş vermiş yol-nəqliyyat hadisəsinin iştirakçısı olmuşam. Hadisə ilə bağlı Xətai Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsində araşdırma aparılaraq obyektiv qərar qəbul edildi. DİN-in və Xətai RPİ-nin rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm”.
30.04.2026 - Vətəndaş Məhəmməd Qulamov
Vətəndaş Məhəmməd Qulamov DİN-in “Instagram” səhifəsinə yazdığı təşəkkür mesajında üzləşdiyi dələduzluq faktı ilə bağlı Naxçıvan Şəhər Polis İdarəsinə müraciət etdiyini bildirir. Müraciətinin obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.