Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Azər Mədətov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “10.02.2026-cı il tarixində yol-nəqliyyat hadisəsi baş vermişdi. Hadisə ilə bağlı Nərimanov Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsində aparılan araşdırmada iştirak etdim. Həmin müddətdə RPİ rəhbərliyi tərəfindən qəbul olundum, mənimlə ciddi şəkildə maraqlandılar və hüquqlarımı ətraflı şəkildə izah etdilər. Polis əməkdaşlarının vətəndaşla bu qədər səmimi və diqqətli davranmasının şahidi olmaq mənim üçün çox xoş oldu. Göstərilən qayğı və peşəkarlığa görə razılığımı bildirirəm. Bu münasibətlə Daxili İşlər Nazirliyinin əməkdaşlarına təşəkkür edirəm”.

Vətəndaş Kamil Aslanov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Pul vəsaitimin ələ keçirilməsi barədə müraciətimə Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində baxıldı və mənə dəymiş ziyan tam şəkildə ödənildi. Odur ki başda DİN-in rəhbərliyi olmaqla bütün polis əməkdaşlarına öz minnətdarlığımı bildirirəm”.

Bakı şəhər sakini Günel Ələkbərova Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda üzləşdiyi hüquqazidd əməllərlə bağlı müraciətinə operativ reaksiya verildiyini qeyd edir. O, Bakı Şəhər Baş Polis İdarəsinə dəvət edildiyini, nəzakətlə qarşılanaraq dinlənildiyini və müraciətinə obyektiv baxılaraq müsbət həll edildiyini qeyd edir. 
G.Ələkbərova vətəndaş müraciətlərinə həssas yanaşılmasına, göstərilən diqqətə və operativliyə görə DİN-in rəhbərliyinə və Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini Vaqif Rəhimov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda Novruz və Ramazan bayramları münasibətilə DİN-in rəhbərliyini və Azərbaycan polisini təbrik edir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.

Vətəndaş Qumru Musayeva Daxili İşlər Nazirliyinə təşəkkür məktubu ünvanlayıb. O, Metropolitendə Polis İdarəsinə etdiyi müraciətinə operativ reaksiya verildiyini və zəruri tədbirlərin dərhal həyata keçirilərək itmiş əşyasının tapılaraq geri qaytarıldığını vurğulayır. Vətəndaş müraciətinə həssas yanaşılmasına, göstərilən diqqətə və operativliyə görə Azərbaycan polisinə təşəkkürünü bildirir. 

Bakı şəhər sakini Rəhimə Əsgərova Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda avtomobil yollarında təhlükəsizliyin etibarlı təmin olunmasına, polis əməkdaşlarının humanistliyinə, xoş rəftarlarına və nəzakətli davranışılarına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir, Yasamal rayon Dövlət Yol Polis İdarəsi əməkdaşlarına çətin və şərəfli işlərində uğurlar arzulayır.  

Bakı şəhər sakini Faiq Süleymanov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda Novruz və Ramazan bayramları münasibətilə DİN-in rəhbərliyini və Azərbaycan polisini təbrik edir, göstərilən dəstəyə görə təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.

Şahbuz rayon sakini Niyazi Quliyev DİN-in “Instagram” səhifəsinə ünvanladığı mesajında üzləşdiyi problemlə bağlı Şahbuz Rayon Polis Şöbəsinə müraciət etdiyini bildirir. Müraciətinin obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə görə DİN-in rəhbərliyinə və Şahbuz Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.  

Vətəndaş Eltun Rəcəbzadə Daxili İşlər Nazirliyinə təşəkkür məktubu ünvanlayıb: “Mənə qarşı dələduzluq edilməsi ilə bağlı Abşeron Rayon Polis İdarəsinə müraciət etdim. Operativ şəkildə mənim müraciətimə baxıldı. Mənə qarşı dələduzluq edən şəxs müəyyən olundu və mənə dəyən maddi ziyan tam şəkildə ödətdirildi. Bununla əlaqədar DİN-in və Abşeron RPİ-nin rəhbərliyinə, həmçinin bu işdə əməyi olan polis əməkdaşlarına dərin təşəkkürümü bildirirəm”.