Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
17.07.2026 - Vətəndaş Elmar Çələbiyev
Vətəndaş Elmar Çələbiyev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar aparılan obyektiv araşdırmalara görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
17.07.2026 - Vətəndaş Fərqanə Babayeva
Vətəndaş Fərqanə Babayeva DİN-in “Facebook” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciəti üzrə göstərdikləri köməkliyə görə Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarına minnəttarlığını bildirir.
17.07.2026 - Vətəndaş İmanzadə Sehran
Vətəndaş İmanzadə Sehran DİN-in “Instagram” səhifəsinə mesajında üzləşdiyi problemlə bağlı müraciət etdiyini, polis əməkdaşlarının müraciətinə operativ şəkildə baxdığını yazır. O, müraciətinə həssas yanaşılmasına, göstərilən diqqətə və görülmüş tədbirlərlə probleminin qısa müddətdə aradan qaldırılmasına görə Səbail RPİ 9-cu Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
17.07.2026 - Vətəndaş Tərlan Rəhimov
Vətəndaş Tərlan Rəhimov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə operativ baxılaraq qısa müddətdə müsbət həll olunmasına görə Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına minnəttarlığını bildirir.
17.07.2026 - Vətəndaş Solmaz Əliyeva
Vətəndaş Solmaz Əliyeva DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxılaraq qısa müddətdə müsbət həll olunmasına görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına minnəttarlığını bildirir.
17.07.2026 - Antiterror tədbiri iştirakçısı Əbülfəz Eyvazov
Antiterror tədbiri iştirakçısı Əbülfəz Eyvazov DİN-ə təşəkkür məktubu göndərib. O, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan polisinə təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində onlara uğurlar arzulayır.
17.07.2026 - Vətəndaş Əfsanə Rəhimova
Vətəndaş Əfsanə Rəhimova DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında üzləşdiyi dələduzluqla bağlı müraciət etdiyini, polis əməkdaşlarının müraciətinə operativ şəkildə baxdığını yazır. O, müraciətinə həssas yanaşılmasına, göstərilən diqqətə və görülmüş tədbirlərlə probleminin qısa müddətdə aradan qaldırılmasına görə Nərimanov RPİ 18-ci Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
17.07.2026 - Vətən müharibəsi şəhidi Etibar Cəfərovun həyat yoldaşı Əzizə Vəliyeva
Vətən müharibəsi şəhidi Etibar Cəfərovun həyat yoldaşı Əzizə Vəliyeva məktubunda üzləşdiyi dələduzluq hadisəsi ilə bağlı müraciətinə operativ reaksiya verildiyini, ona dəymiş maddi ziyanın tam şəkildə ödətdirilməsinə, eyni zamanda şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikası və Naxçıvan MR DİN-in rəhbərliyinə minnətdarlığını bildirir.
17.07.2026 - Şəhid həyat yoldaşı Aynur Mürsəlova
Şəhid həyat yoldaşı Aynur Mürsəlova DİN-ə təşəkkür məktubu göndərib. O, şəhid ailələrinə, o cümlədən ona göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan polisinə təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində onlara uğurlar arzulayır.