Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
03.04.2026 - Lənkəran rayon sakini Şaiq Məlikov
Lənkəran rayon sakini Şaiq Məlikov DİN-in “Instagram” səhifəsinə ünvanladığı mesajında ona məxsus torpaq sahəsindən iribuynuzlu heyvanını oğurlayan şəxsin Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılmasına və operativ fəaliyyətə görə təşəkkürünü bildirir.
03.04.2026 - Cəlilabad şəhər sakini Zabid Əzimov
Cəlilabad şəhər sakini Zabid Əzimov öz məktubunda ictimai asayişin etibarlı qorunmasına, vətəndaş müraciətlərinə operativ baxılmasına və həssaslıqla yanaşılmasına, humanistliyə görə DİN-in və Cəlilabad Rayon Polis Şöbəsinin rəhbərliyinə təşəkkürünü bildirir.
02.04.2026 - Vətəndaş Məcnun Musayev
Vətəndaş Məcnun Musayev DİN-ə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə Azərbaycan Polisinə və Nəsimi RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
02.04.2026 - Bakı şəhər sakini Müjgan Səfərova
Bakı şəhər sakini Müjgan Səfərova müraciətinin müsbət həll olunmasına görə, Bakı BBPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
02.04.2026 - Vətəndaş Sevil Abbasova
Vətəndaş Sevil Abbasova məktubunda müraciəti ilə əlaqədar həyata keçirilən tədbirlərə görə Göygöl RPŞ-nin əməkdaşlarına təşəkkürünü bildirir.
02.04.2026 - Sosial şəbəkə istifadəçisi Nurlan Məmişov
Sosial şəbəkə istifadəçisi Nurlan Məmişov müraciətinə operativ baxılmasına və qısa müddətdə həllini tapmasına görə Naxçıvan Şəhər Polis İdarəsinin rəhbərliyinə təşəkkürünü bildirir.
02.04.2026 - Sosial şəbəkə istifadəçisi Lalə Bağırova
Sosial şəbəkə istifadəçisi Lalə Bağırova dələduzluq yolu ilə pulunun ələ keçirilməsi barədə müraciətinin obyektiv şəkildə araşdırılmasına və dəymiş ziyanın ödənilməsinin təmin edilməsinə görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlıq edir.
02.04.2026 - Sosial şəbəkə istifadəçisi Murad Rüstəmli
Sosial şəbəkə istifadəçisi Murad Rüstəmli xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı ona göstərdikləri diqqət və qayğıya görə Nəsimi Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin kollektivinə minnətdarlığını bildirir.
02.04.2026 - Sosial şəbəkə istifadəçisi Şəfəq Salmanova
Sosial şəbəkə istifadəçisi Şəfəq Salmanova müraciətinə həssas yanaşılmasına və həyata keçirilən operativ tədbirlərə görə Azərbaycan Respublikası DİN-in, Naxçıvan MR DİN-in Şahbuz Rayon Polis Şöbəsinin rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü bildirir.