Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
22.07.2026 - Əcnəbi vətəndaş Abdulrahman Abubshait
Əcnəbi vətəndaş Abdulrahman Abubshait itirdiyi mobil telefonunun tapılmasında göstərdikləri köməkliyə görə Hava Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarını təşəkkürünü bildirir.
22.07.2026 - İmişli rayon sakini Nəzakət Əsgərova
İmişli rayon sakini Nəzakət Əsgərova üzləşdiyi çətinliklərə görə ona göstərilən köməkliyə görə DİN rəhbərliyinə təşəkkür edir.
22.07.2026 - Ucar rayon sakini Vahid İbrahimov
Ucar rayon sakini Vahid İbrahimov DİN-ə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, Sumqayıt RPİ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.
22.07.2026 - Vətəndaş Hüseyn Süleymanlı
Vətəndaş Hüseyn Süleymanlı DİN-ə yazdığı təşəkkür məktubunda müraciəti üzrə göstərdikləri köməkliyə görə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına minnəttarlığını bildirir.
22.07.2026 - Vətəndaş Murad Məmmədov
Vətəndaş Murad Məmmədov DİN-in “Facebook” səhifəsinə mesajında üzləşdiyi problemlə bağlı müraciət etdiyini, polis əməkdaşlarının müraciətinə operativ şəkildə baxdığını yazır. O, müraciətinə həssas yanaşılmasına, göstərilən diqqətə və görülmüş tədbirlərlə probleminin qısa müddətdə aradan qaldırılmasına görə Binəqədi RPİ 4-cü Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
22.07.2026 - Vətəndaş Günel Abdullayeva
Vətəndaş Günel Abdullayeva DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə operativ baxılaraq qısa müddətdə müsbət həll olunmasına görə Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin əməkdaşlarına minnəttarlığını bildirir.
22.07.2026 - Vətəndaş Elçin Əliyev
Vətəndaş Elçin Əliyev DİN-in “Facebook” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə operativ baxılaraq qısa müddətdə müsbət həll olunmasına görə Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Şöbəsinin əməkdaşlarına minnəttarlığını bildirir.
22.07.2026 - Vətəndaş Balaəmi Abdulov
Vətəndaş Balaəmi Abdulov DİN-ə məktubunda xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində onlara uğurlar arzulayır.
22.07.2026 - Vətəndaş M.Mirbabayev
Vətəndaş M.Mirbabayev DİN-ə yazdığı məktubda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı aparılan operativ araşdırmaya görə Azərbaycan polisinə əməkdaşlarına minnətdarlığını ifadə edir.