Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
18.07.2026 - Bakı şəhər sakini Ceyhun Mustafayev
Bakı şəhər sakini Ceyhun Mustafayev DİN-ə ünvanladığı məktubunda həyat yoldaşına məxsus içərisində pul, bank kartları və sənədlər olan itmiş cüzdanın polis əməkdaşı tərəfindən tapılaraq onlara təhvil verildiyini yazır, nümunəvi xidmətə görə Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
17.07.2026 - Sosial şəbəkə istifadəçisi Musa Muhammad
Sosial şəbəkə istifadəçisi Musa Muhammad üzləşdiyi problemlə bağlı müraciətinə qısa zaman ərzində operativ baxılaraq göstərilən köməkliyə görə Səbail RPİ-nin əməkdaşlarına minnətdarlıq edir.
17.07.2026 - Sosial şəbəkə istifadəçisi Məlahət Məmmədova
Sosial şəbəkə istifadəçisi Məlahət Məmmədova baş vermiş yol-nəqliyyat hadisəsi zamanı aparılan araşdırmadan razılıq edir və göstərilən köməkliyə görə Səbail Rayon Polis İdarəsinin kollektivinə minnətdarlığını bildirir.
17.07.2026 - Vətəndaş Vasif Qəhrəmanov
Vətəndaş Vasif Qəhrəmanov müraciətinə baxıldığı və hüquqlarının ətraflı izah edildiyi üçün Qaradağ RPİ-nin əməkdaşlarına minnətdarlığını çatdırır.
17.07.2026 - Vətəndaş Nigar Orucova
Vətəndaş Nigar Orucova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciəti ilə əlaqədar həyata keçirilən tədbirlərə görə Xətai Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
17.07.2026 - Vətəndaş İbrahim Hüseynov
Vətəndaş İbrahim Hüseynov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə göstərdikləri operativliyə və obyektivliyə, o cümlədən müraciətinin qısa müddətdə müsbət həll olunmasına görə Lənkəran Şəhər Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
17.07.2026 - Əcnəbi vətəndaş Yuri Matveyev
Əcnəbi vətəndaş Yuri Matveyev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi oğurluqla əlaqəli müraciətinə çevik reaksiya verilməsinə və müraciətinin qısa müddətdə müsbət həll olunmasına görə Nəsimi RPİ 21-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
17.07.2026 - Xətai rayon sakini Savad Piriyev
Xətai rayon sakini Savad Piriyev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciəti ilə əlaqədar həyata keçirilən tədbirlərə və ona dəymiş maddi ziyanın ödətdirilməsinin təmin olunmasına görə Xətai Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
17.07.2026 - Vətəndaş Sahibə Abbasova
Vətəndaş Sahibə Abbasova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi dələduzluqla bağlı müraciətinə göstərdikləri operativliyə və obyektivliyə görə Azərbaycan polisinə təşəkkürünü bildirir.