Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Novruz Əliverdiyev DİN-in “Instagram” səhifəsinə yazdığı təşəkkür mesajında baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı aparılan operativ araşdırmaya görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını ifadə edir.

Vətəndaş İlqar Əmraslanov DİN-in “Facebook” səhifəsinə təşəkkür mesajı yazıb. O, qarşılaşdığı yol-nəqliyyat hadisəsilə əlaqəli ünvanladığı müraciətinə dərhal reaksiya verildiyini bildirərək Abşeron RPİ Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarına təşəkkür edir.

Vətəndaş Mirşəmsəddin Seyidov məktubunda ictimai asayişi ayıq-sayıq qoruyan və xidməti vəzifələrini layiqincə yerinə yetirən Naxçıvan Muxtar Respublikasının DİN əməkdaşlarına çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.

İstefada olan polis əməkdaşı Vidadi Həsənov Daxili İşlər Nazirliyinə təşəkkür məktubu göndərib. O, səhhətində yaranmış problemlə bağlı DİN-in A.Heydərov adına Respublika Hospitalında müalicə aldığını yazır. Orada həkimlərin bütün xəstələrə, o cümlədən  istefada olan polis əməkdaşlarına xüsusi  diqqət və qayğı ilə yanaşdığını qeyd edir. N.Nəsirov yaradılan bu şəraitə, humanist və qayğıkeşliklərinə görə DİN rəhbərliyinə və A.Heydərov adına Respublika Hospitalının əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır. 

Vətəndaş Sofiya Məmmədova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə operativ baxılaraq qısa müddətdə müsbət həll olunmasına görə Xətai RPİ 34-cü Polis Şöbəsinin əməkdaşlarına minnəttarlığını bildirir.

Vətəndaş Elnur Axundov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, qarşılaşdığı yol-nəqliyyat hadisəsilə əlaqəli ünvanladığı müraciətinə dərhal reaksiya verildiyini bildirərək Xətai Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkür edir.

Sosial şəbəkə istifadəçisi İlqar Əliyev xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, Nərimanov RPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.

Vətəndaş Şöhrət Mirzəyev DİN-in “İnstagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb:  Mən Mirzəyev Şöhrət Xanlar oğlu İsmayıl adlı şəxsin əmlakıma ziyan vurması və məni hədələməsi ilə bağlı Nəsimi RPİ-nin 22-ci PŞ-yə müraciət etmişdim. Təhqiqat araşdırması müddətində mənə dəymiş maddi ziyan ödənildiyi üçün başda cənab Nazir Vilayət Eyvazov olmaqla Nəsimi Rayon Polis İdarəsinin rəhbərliyinə təşəkkürümü bildirirəm!

Vətəndaş Elnar Nağıyev DİN-in “İnstagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb:  Mən, Nağıyev Elnar Məhərrəm oğlu, aldadılmağım ilə bağlı Daxili İşlər Nazirliyinin Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə müraciət etmişdim. Müraciətimə qısa müddətdə operativ və obyektiv baxıldığı, görülən tədbirlər nəticəsində mənə dəymiş ziyanın ödənilməsinin təmin edildiyi üçün dərin minnətdarlığımı bildirirəm. Bu münasibətlə, ilk növbədə Azərbaycan Respublikasının daxili işlər naziri cənab Vilayət Eyvazova, həmçinin Nərimanov Rayon Polis İdarəsinin və 17-ci Polis Şöbəsinin bütün əməkdaşlarına peşəkar fəaliyyətlərinə, operativ yanaşmalarına və göstərdikləri dəstəyə görə səmimi təşəkkürümü ifadə edirəm. Onların məsuliyyətli xidməti və vətəndaş müraciətlərinə həssas münasibəti yüksək qiymətə layiqdir. Hər birinə gələcək xidmətlərində uğurlar arzulayıram.