Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Səbirə Veyisova DİN-ə yazdığı məktubunda müraciətinin araşdırılmasına və məsələnin müsbət həllini tapmasına görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Masallı rayon sakini Tofiq Şahmarov DİN-ə yazdığı məktubunda Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun Lerikdə keçirdiyi vətəndaş qəbulunda müraciətlərin diqqətlə və həssaslıqla dinlənilməsinə, qaldırılan məsələlərin böyük əksəriyyətinin yerindəcə həll olunmasına, digərlərinin nəzarətə götürülməsinə, vətəndaş məmnunluğunun təmin olunmasına görə öz təşəkkürünü bildirir.

Türkiyə Cümhuriyyətinin vətəndaşı Aslan Yılmaz DİN-ə yazdığı məktubunda müraciətinin Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən dərhal nəzarətə götürülməsinə, peşəkar və obyektiv araşdırma aparılmasına, ona lazımi köməyin göstərilməsinə görə təşəkkürünü bildirir. A. Yılmaz nümunəvi xidmətə və yüksək peşəkarlığa görə Azərbaycan polisinə minnətdarlığını ifadə edir.

Balakən rayon sakini Fərid Əbilov müraciətinin müsbət həll olunmasına görə, Balakən RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Ağsu rayon sakinləri Bəhmən və Vahid Xəlilovlar müraciətlərinə operativ reaksiya göstərdiklərinə görə, Ağsu RPŞ-nin əməkdaşlarına minnətdarlıqlarını bildirirlər.

Mingəçevir şəhər sakini Akif Abbasov müraciətinin obyektiv araşdırılmasına görə, Mingəçevir ŞPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Sosial şəbəkə istifadəçisi Zemfira Mirzəyeva müraciətinin obyektiv araşdırılmasına görə, Nəsimi RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Sosial şəbəkə istifadəçisi Aynurə Zeynallı müraciətinin müsbət həll olunmasına görə, Nəriman RPİ-nin 18-ci PŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Sosial şəbəkə istifadəçisi Ali Ağazadə müraciətinin müsbət həll olunmasına görə, Nəriman RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.