Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Əqdəm Quliyev DİN-ə təşəkkür məktubu göndərib. O, müraciəti ilə əlaqədar göstərilən köməkliyə görə Şahbuz Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.  

Vətəndaş Ülvi Nəcəfov DİN-ə yazdığı təşəkkür məktubunda üzləşdiyi problemlə bağlı müraciət etdiyini, polis əməkdaşlarının müraciətinə operativ şəkildə baxdığını yazır. O, müraciətinə həssas yanaşılmasına, göstərilən diqqətə və görülmüş tədbirlərlə probleminin qısa müddətdə aradan qaldırılmasına görə DİN rəhbərliyinə və Quba Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır. 

Vətəndaş Oqtay Həmidov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə operativ baxılaraq qısa müddətdə müsbət həll olunmasına görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına minnəttarlığını bildirir.

Vətəndaş Güldən Hüseynova DİN-in “Instagram” səhifəsinə yazdığı təşəkkür mesajında itirdiyi əşyasının qısa zamanda tapılaraq təhvil verilməsinə görə Səbail RPİ-nin 39-cu Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Valeh Cəfərov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında yol-nəqliyyat hadisəsi ilə bağlı polisə müraciət etdiyini, məsələnin qısa müddətdə araşdırıldığını, müraciətinə diqqətlə yanaşılmasına və keçirilən operativ tədbirlərə görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını ifadə edir. 

Vətəndaş Asiman Qulamov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə operativ baxılaraq qısa müddətdə müsbət həll olunmasına görə başda DİN rəhbərliyi olmaqla, Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarına minnəttarlığını bildirir.

Bakı şəhər sakini Əmrah Abbasov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında iştirak etdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı polisə müraciət etdiyini, məsələnin qısa müddətdə araşdırıldığını, müraciətinə diqqətlə yanaşılmasına və keçirilən operativ tədbirlərə görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinə minnətdarlığını ifadə edir.

Bakı şəhər sakini Orxan Quliyev DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında iştirak etdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı polisə müraciət etdiyini, məsələnin qısa müddətdə araşdırıldığını, müraciətinə diqqətlə yanaşılmasına, keçirilən operativ tədbirlərə görə Nərimanov Rayon Polis İdarəsinə minnətdarlığını ifadə edir.

Vətəndaş Orxan Hümbətov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında üzləşdiyi problemlə bağlı müraciət etdiyini, polis əməkdaşlarının müraciətinə operativ şəkildə baxdığını yazır. O, müraciətinə həssas yanaşılmasına, görülmüş tədbirlərlə probleminin qısa müddətdə aradan qaldırılmasına və ona dəymiş maddi ziyanın tam ödətdirilməsində göstərilən köməkliyə görə Nəsimi RPİ-nin 21-ci Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir, çətin və şərəfli işlərində uğurlar arzulayır.