Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
31.07.2026 - Abşeron rayon sakini Xatirə Mirzəlizadə
Abşeron rayon sakini Xatirə Mirzəlizadə üzləşdiyi problemlə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Nəsimi RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
31.07.2026 - Vətəndaş Hüseyn Kişiyev
Vətəndaş Hüseyn Kişiyev DİN-in sosial şəbəkə səhifəsinə yazdığı mesajında içərisində sənədləri və dəyərli əşyaları olan çantasını itirməsi ilə bağlı Hava Nəqliyyatında Polis İdarəsinə müraciət etdiyini bildirir. Çantasının qısa zaman ərzində tapılaraq ona təhvil verilməsinə, operativ və həssas münasibətə görə polis əməkdaşlarına təşəkkür edir.
31.07.2026 - Vətəndaş Şahin Mirzəyev
Vətəndaş Şahin Mirzəyev müraciətinə həssas yanaşıldığına, yüksək peşəkarlıqla keçirilmiş operativ tədbirlərə görə DİN rəhbərliyinə və Hava Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir, Azərbaycan polisi ilə fəxr etdiyini qeyd edərək onlara çətin və şərəfli işlərində uğurlar arzulayır.
31.07.2026 - Abşeron rayon sakini Pəhləvan Xasayzadə
Abşeron rayon sakini Pəhləvan Xasayzadə Daxili İşlər Nazirliyinə təşəkkür məktubu göndərib. O, səhhətində yaranmış problemlə bağlı DİN-in A.Heydərov adına Respublika Hospitalında müalicə aldığını yazır. Orada həkimlərin bütün xəstələrə, o cümlədən istefada olan polis əməkdaşlarına xüsusi diqqət və qayğı ilə yanaşdığını qeyd edir. P.Xasayzadə yaradılan bu şəraitə, humanist və qayğıkeşliklərinə görə DİN rəhbərliyinə və A.Heydərov adına Respublika Hospitalının əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
30.07.2026 - Salyan rayon sakini Sevda Sadıxova
Salyan rayon sakini Sevda Sadıxova DİN-ə ünvanladığı təşəkkür məktubunda etdiyi müraciətinə operativ reaksiya verilməsinə və müsbət həll olunmasına görə başda DİN rəhbərliyi olmaqla, Salyan RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.
30.07.2026 - Bərdə şəhər sakini Orxan Yusifov
Bərdə şəhər sakini Orxan Yusifov DİN-ə yazdığı məktubunda xidməti vəzifələri və peşə fəaliyyətini layiqincə yerinə yetirdiklərinə, o cümlədən ictimai asayişin, vətəndaşların hüquq və mənafelərinin etibarlı qorunmasına, cinayətkarlığa qarşı mübarizədə görülən qətiyyətli mübarizə tədbirlərinə görə Biləsuvar Rayon Polis Şöbəsinin rəhbərliyinə və şöbənin şəxsi heyətinə təşəkkürünü bildirir.
30.07.2026 - Cəlilabad rayon sakini Mustafa İbrahimov
Cəlilabad rayon sakini Mustafa İbrahimov DİN-ə yazdığı məktubunda ictimai asayişin və ictimai təhlükəsizliyin etibarlı qorunmasına görə Rayon Polis Şöbəsinin rəhbərliyinə təşəkkürünü bildirir.
30.07.2026 - Masallı rayon sakini Eldost Oruczadə
Masallı rayon sakini Eldost Oruczadə öz məktubunda müraciətinin nəzarətə götürülərək qısa zamanda müsbət həllini tapmasına görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.
30.07.2026 - Lənkəran rayon sakini Vüqar İbrahimli
Lənkəran rayon sakini Vüqar İbrahimli DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında müraciətinə çevik reaksiya verilməsinə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin rəhbərliyi tərəfindən qəbul edilməsinə və vətəndaş məmnunluğunun təmin olunmasına görə təşəkkürünü bildirir.