Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Suraxanı rayon sakini Məhəmmədəli Cavadlı DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinin müsbət həll olunmasına görə Azərbaycan polisinə təşəkkürünü bildirir.

Vətəndaş Nail Səfəroğlu DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar göstərilən operativ və obyektiv yanaşmaya görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Sosial şəbəkə istifadəçisi Altun Ahmet Yaşar DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinin müsbət həll olunmasına görə Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Vaqif Babayev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciət üzrə aparılan obyektiv araşdırmalara görə Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Nigar Süleymanlı DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi problemlə bağlı müraciəti əsasında həyata keçirilən tədbirlərə görə Nərimanov RPİ-nin 16-cı Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Naxçıvan şəhər sakini Elzam Rzayev DİN-ə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə DİN rəhbərliyinə təşəkkür edir.

Bakı şəhər sakini Ayxan Kərimli DİN-ə ünvanladığı təşəkkür məktubunda etdiyi müraciətinin müsbət həll olunmasına görə Səbail RPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.

Bakı şəhər sakini Cəbrayıl Qulammirzəyev Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda müraciətilə bağlı Xəzər Rayon Polis İdarəsində qəbul edildiyini və ona hüquqları izah olunmaqla zəruri köməkliklərin göstərildiyini qeyd edərək DİN-in rəhbərliyinə və Xəzər RPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Ehtiram Şükürov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda Azərbaycan Respublikasının daxili işlər naziri tərəfindən keçirilən vətəndaş qəbulunda iştirak etdiyini, müraciəti üzrə müvafiq tapşırıqlar verildiyini yazır. O, Binəqədi Rayon Polis İdarəsində aparılan obyektiv araşdırma nəticəsində müraciətinin müsbət həll olunduğunu qeyd edir, göstərilən diqqətə və obyektiv araşdırmalara görə DİN-in rəhbərliyinə və Binəqədi RPİ-nin əməkdaşlarına  minnətdarlığını bildirir.