Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Samad Zahedi hətta polisin səlahiyyətinə aid olmasa belə, vətəndaş məmnunluğu üçün müraciətlərə həssas yanaşılmasına, göstərilən humanistliyə və qayğıya görə DİN rəhbərliyinə, Səbail Rayon Plolis İdarəsinin 39-cu Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Elçin Bağırov məktubunda müraciəti ilə əlaqədar göstərdikləri operativliyə və obyektivliyə, həmçinin ona dəymiş maddi ziyanın ödətdirilməsinin təmin olunmasına görə Azərbaycan polisinə təşəkkürünü bildirir.

Bakı şəhər sakini Şəhriyar Əliyev məktubunda müraciəti ilə əlaqədar göstərdikləri köməkliyə, həmçinin ona dəymiş maddi ziyanın ödətdirilməsinin təmin olunmasına görə Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Nihad Yusifov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə operativ baxılmasına görə Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Manaf Bağırov DİN-in “Facebook” səhifəsinə təşəkkür mesajı yazıb. O, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar aparılan obyektiv araşdırmalara görə Azərbaycan polisinə təşəkkürünü bildirir.

Vətəndaş Orxan Nağıyev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciəti ilə əlaqədar göstərdikləri köməkliyə, həmçinin qısa müddətdə müsbət həll olunmasına görə Azərbaycan polisinə təşəkkürünü bildirir.

Vətəndaş Qorxmaz Məmmədov DİN-in “Facebook” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə operativ baxılmasına və qısa müddətdə müsbət həll olunmasına görə Azərbaycan polisinə təşəkkürünü bildirir.

Bakı şəhər sakini Xəyal Məmmədov məktubunda müraciəti ilə əlaqədar göstərdikləri operativliyə və obyektivliyə görə Azərbaycan polisinə təşəkkürünü bildirir, çətin və şərəfli işlərində uğurlar arzulayır.

Bakı şəhər sakini Famil Mahmudov məktubunda “E-polis” mobil tətbiqinin elektron xidmətlərindən yararlanmağın üstünlüklərini qeyd edərək mobil tətbiqin istifadəyə verilməsinə görə Azərbaycan polisinə təşəkkürünü bildirir.