Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Quba rayon sakini Neymət Qeybullayev etdiyi müraciətinə həssaslıqla yanaşılıb  köməklik göstərilməsinə görə DİN rəhbərliyinə və Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Quba rayon sakini Ülvi Əlimuradov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda ictimai qaydanın və təhlükəsizliyin təmin olunmasında, hüquqazidd əməllərin qarşısının alınmasında, o cümlədən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, fədakarlıq nümayiş etdirdiklərinə görə Quba RPŞ-nin Qonaqkənd PB-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Nizami rayonu, Keşlə qəsəbəsi sakini Natiq Əliyev özü və bir sıra sakinin adından Daxili İşlər Nazirliyinə təşəkkür məktubu ünvanlayıb. Onlar rayon ərazisində ictimai asayişin və ictimai təhlükəsizliyin etibarlı təmin olunmasına, sosial neqativ halların aradan qaldırılmasına, cinayətkarlığa, o cümlədən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı aparılan qətiyyətli mübarizə tədbirlərinə görə DİN rəhbərliyinə və Nizami Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkür edirlər.

Vətəndaş Rahid Yusifov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında müraciəti üzrə Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsində obyektiv araşdırma aparıldığını, müsbət həllinin təmin edildiyini və dəymiş ziyanın ödətdirilməsində də köməklik göstərildiyini bildirir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, həyata keçirilən tədbirlərə görə Nizami RPİ-nin əməkdaşlarına təşəkkür edir.

Vətəndaş Təvəkkül Əliyev DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında polisə etdiyi müraciətinə operativ baxılmasına, obyektiv araşdırılmasına və müsbət həllinin təmin olunmasına görə Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin rəhbərliyinə təşəkkürünü bildirir.

Vətəndaş Elgün Hüseynov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında Nərimanov rayonu ərazisində üzləşdiyi yol-nəqliyyat hadisəsilə bağlı Nərimanov Rayon Polis İdarəsində aparılan araşdırmanın nəticəsindən razı qaldığını bildirir. O, obyektiv araşdırmalara və göstərilən köməkliyə görə həmin idarənin əməkdaşlarına təşəkkür edir. 

Jurnalist Qərib Rahib DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında müraciəti ilə əlaqədar Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Şöbəsinə dəvət olunduğunu, nəzakətlə qarşılanaraq dinlənildiyini və müvafiq tədbirlərin həyata keçirildiyini bildirir. O, vətəndaş müraciətlərinə, o cümlədən onun müraciətinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, həyata keçirilən tədbirlərə görə Səbail RPİ-nin əməkdaşlarına təşəkkür edir.

Vətəndaş Möhlət Səmədov DİN-in “Facebook” səhifəsinə yazdığı mesajında Daxili İşlər Nazirliyinə ünvanladığı müraciətinə operativ baxılmasına, obyektiv araşdırılmasına və qısa müddətdə müsbət həllinin təmin olunmasına görə DİN rəhbərliyinə təşəkkür edir, Azərbaycan polisinə çətin və şərəfli xidmətində uğurlar arzulayır.

Vətəndaş Naibə Novruzi DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə operativ baxılmasına və ona dəymiş maddi zərərin ödətdirilməsinin təmin olunmasına görə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.