Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
13.07.2026 - Vətəndaş Samral Məmmədzadə
Vətəndaş Samral Məmmədzadə DİN-in “Instagram” səhifəsinə ünvanladığı mesajında Nərimanov rayonu ərazisində üzləşdikləri yol-nəqliyyat hadisəsi ilə bağlı Nərimanov RPİ-nin Təhqiqat Şöbəsində aparılan araşdırmadan razı qaldığını, əməkdaşların ona müvafiq köməklik göstərdiklərini qeyd edərək minnətdarlığını bildirir. Aparılan obyektiv araşdırmaya görə DİN-in rəhbərliyinə təşəkkürünü bildirir.
13.07.2026 - Vətəndaş Məhərrəm Quliyev
Vətəndaş Məhərrəm Quliyev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Nərimanov rayonu, Heydər Əliyev prospektində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Nərimanov Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsində aparılan araşdırmada iştirak etdim və aparılan işdən çox razı qaldım. Azərbaycan polisinə dərin minnətdarlığımı bildirirəm”.
13.07.2026 - Bakı şəhər sakini Afət Əmirli
Bakı şəhər sakini Afət Əmirli DİN-in “Instagram” səhifəsinə ünvanladığı mesajında Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsində müraciəti üzrə obyektiv araşdırma aparıldığını və qısa müddətdə müsbət həll olunduğunu qeyd edir. O, vətəndaş müraciətlərinə həssaslıqla yanaşılmasına görə DİN rəhbərliyinə, o cümlədən obyektivliyə və operativliyə görə Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
13.07.2026 - Əcnəbi vətəndaş Vanda Kakiaşvili
Əcnəbi vətəndaş Vanda Kakiaşvili DİN-in “Facebook” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Səbail rayonu ərazisində yerləşən otelərin birində qonaq olarkən qızıl-zinət əşyalarım oğurlanmışdı. Bununla əlaqədar olaraq Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Şöbəsinə müraciət etmişdim. Polis əməkdaşları tərəfindən dərhal müdaxilə olundu və tapılaraq bizə təhvil verildi. Buna görə də, DİN-in və Səbail Rayon Polis İdarəsinin rəhbərliyinə, həmçinin bu işdə əməyi olan polis əməkdaşlarına dərin təşəkkürümü bildirirəm”.
13.07.2026 - Vətəndaş İbrahim Əsgərov
Vətəndaş İbrahim Əsgərov Daxili İşlər Nazirliyinə ünvanladığı teleqramda daxili işlər naziri tərəfindən keçirilən vətəndaş qəbulunda iştirak etdiyini bildirir. O, müraciəti üzrə müvafiq göstəriş verilərək qısa müddətdə müsbət həll olunmasında göstərilən köməkliyə görə DİN rəhbərliyinə minnətdarlığını ifadə edir.
13.07.2026 - Vətəndaş İlkin Əliyev
Vətəndaş İlkin Əliyev DİN-in “Facebook” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Nərimanov rayonunun ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Nərimanov Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsində aparılan araşdırmada iştirak etdim və araşdırmadan razı qaldım. Buna görə DİN-in rəhbərliyinə və Nərimanov RPİ-nin əməkdaşlarına dərin minnətdarlığımı bildirirəm”.
13.07.2026 - Vətəndaş Ağalar Əbubəkirov
Vətəndaş Ağalar Əbubəkirov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Üzləşdiyim problemlə bağlı Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə müraciət etmişdim. Müraciətimlə bağlı dərhal mənə köməklik göstərdilər. DİN-in rəhbərliyinə və Səbail Rayon Polis İdarəsinin əməkdaşlarına öz təşəkkürümü bildirirəm”.
13.07.2026 - Vətəndaş Fəxrəddin Yusubov
Vətəndaş Fəxrəddin Yusubov Daxili İşlər Nazirliyinə təşəkkür məktubu ünvanlayıb. O, üzləşdiyi problemlə bağlı 23-cü Polis Bölməsinə müraciət etdiyini bildirir.
F.Yusubov müraciətinə həssas yanaşılmasına, göstərilən diqqətə və görülmüş tədbirlərlə probleminin qısa müddətdə aradan qaldırılmasına görə Nizami RPİ-nin 23-cü Polis Bölməsinə təşəkkürünü bildirir.
13.07.2026 - Bakı şəhər sakini Rəhimə Əsgərova
Bakı şəhər sakini Rəhimə Əsgərova Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda üzləşdiyi problemlə bağlı Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə müraciət etdiyini qeyd edir. R. Əsgərova vətəndaş müraciətlərinə həssas yanaşılmasına və operativliyə görə 29-cu Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir, peşə bayramı münasibətilə polis əməkdaşlarını təbrik edir.