Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Sosial şəbəkə istifadəçisi Pərviz İbadov xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, Nərimanov RPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.

Vətəndaş Günay Əbdüləzimova xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla bütün polis əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş İlqar Məmmədov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda müraciətinin obyektiv araşdırılmasına və müsbət həll olunmasına görə Xətai RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Rasim Məmmədov DİN-ə ünvanladığı təşəkkür məktubunda dəymiş maddi ziyanın ödətdirilməsi ilə əlaqədar DİN-in rəhbərliyinə minnətdarlığını bildirir.

Sosial şəbəkə istifadəçisi Əhməd Mənsur üzləşdiyi problemlə bağlı müraciətinə qısa zaman ərzində operativ baxılaraq göstərilən köməkliyə görə Səbail RPİ-nin əməkdaşlarına minnətdarlıq edir.

Sosial şəbəkə istifadəçisi Məlahət Məmmədova baş vermiş yol-nəqliyyat hadisəsi zamanı aparılan araşdırmadan razılıq edir  və göstərilən köməkliyə görə Nərimanov Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin kollektivinə minnətdarlığını bildirir.

Vətəndaş Hakim Kərimov müraciətinə baxıldığı və hüquqlarının ətraflı izah edildiyi üçün Xətai RPİ-nin əməkdaşlarına minnətdarlığını çatdırır.

Vətəndaş Araz Hacıyeva DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı göndərib. O, müraciətinə qısa müddətdə baxıldığını, göstərilən həssas münasibətə görə Gəncə Şəhər Baş Polis İdarəsinin DYPŞ-nin əməkdaşlarına təşəkkürünü bildirib.

Vətəndaş Zülfiyyə Əsgərova “Facebook” sosial şəbəkəsi vasitəsilə etdiyi müraciətində qeyd edir ki, aparılmış araşdırma və görülmüş tədbirlər nəticəsində məsələ öz həllini tapıb. Z.Əsgərova  müraciətinə operativ baxıldığına və göstərilən köməyə görə DİN rəhbərliyinə və Azərbaycan Polisinə minnətdarlığını ifadə edir.