Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
30.07.2026 - Lənkəran rayon sakini Bəxtiyar Hüseynov
Lənkəran rayon sakini Bəxtiyar Hüseynov DİN-ə yazdığı məktubunda rayon ərazisində yollarda nəqliyyatın təhlükəsiz hərəkətinin etibarlı təmin olunmasına, intizamsız, nəqliyyat vasitəsinin sərxoş şəkildə idarə edən və müxtəlif qayda pozuntularına yol verən sürücülərə qarşı aparılan profilaktik tədbirlərə görə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarına minnətdarlığını ifadə edir.
30.07.2026 - Cəlilabad rayon sakini Zülfinaz Mikayılova
Cəlilabad rayon sakini Zülfinaz Mikayılova DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında müraciətinə operativ baxılmasına görə DİN rəhbərliyinə və Azərbaycan polisinə təşəkkürünü bildirir.
30.07.2026 - Gəncə şəhər sakini Mahnur Məmmədova
Gəncə şəhər sakini Mahnur Məmmədova DİN-ə yazdığı məktubunda müraciətinə operativ baxılmasına və məsələnin müsbət həllini tapmasına görə Gəncə Şəhər Baş Polis İdarəsinin rəhbərliyinə təşəkkürünü bildirir.
30.07.2026 - Masallı rayon sakini Emin Kazımov
Masallı rayon sakini Emin Kazımov DİN-ə yazdığı məktubunda müraciətinin yüksək peşəkarlıqla araşdırılmasına, qanunamüvafiq tədbirləin görülməsinə və ona dəymiş maddi ziyanın ödənilməsinin təmin edilməsinə görə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və NBPİ-nin Hava Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
30.07.2026 - Lənkəran şəhər sakini Nihad Hüseynov
Lənkəran şəhər sakini Nihad Hüseynov DİN-in “Facebook” səhifəsinə yazdığı mesajında müraciəti ilə əlaqədar Lənkəran Şəhər Rayon Polis Şöbəsinin rəhbərliyi tərəfindən qəbul edilməsinə, ona lazımi köməyin göstərilməsinə və qaldırılan məsələnin müsbət həllini tapmasına görə minnətdarlığını bildirir.
30.07.2026 - Naxçıvan şəhər sakini Abbas İmanov
Naxçıvan şəhər sakini Abbas İmanov öz məktubunda müraciətinə çevik reaksiya verildiyi üçün Naftalan Şəhər Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
30.07.2026 - Astara rayonunun Artupa kəndinin bir qrup sakini
Astara rayonunun Artupa kəndinin bir qrup sakini DİN-ə yazdıqları məktubda xidməti fəaliyyətini nümunəvi yerinə yetirdiyinə, narkomaniyaya qarşı aparılan maarifləndirmə tədbirlərinə və ictimai asayişin etibarlı qorunmasına görə Astara Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlıqlarını ifadə edirlər.
30.07.2026 - Masallı rayon sakini Elman Abiyev
Masallı rayon sakini Elman Abiyev DİN-ə yazdığı məktubunda onu narahat edən problemlə bağlı müraciətinə çevik reaksiya verilməsinə, Masallı Rayon Polis Şöbəsinin rəhbərliyi tərəfindən qəbul edilərək məsələnin nəzarətə götürülməsinə görə təşəkkürünü bildirir.
30.07.2026 - Bakı şəhər sakini Gülnarə Əliyeva
Bakı şəhər sakini Gülnarə Əliyeva öz məktubunda Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun Lerikdə keçirdiyi vətəndaş qəbulunda müraciətlərin diqqətlə və həssaslıqla dinlənilməsinə, qaldırılan məsələlərin böyük əksəriyyətinin yerindəcə həll olunmasına, digərlərinin nəzarətə götürülməsinə, göstərilən diqqətə və qayğıya görə minnətdarlığını bildirir.