Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Zaur Ramazanov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “25.04.2026-cı il  tarixində qızıma məxsus əl çantasının və içərisində olan şəxsi əşyalarının itməsilə bağlı Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Şöbəsinə ərizə ilə müraciət etmişdim. Qısa müddətdə polis əməkdaşlarının operativ səyi nəticəsində qızıma məxsus olan əşyalar tapılaraq qaytarıldı. Öz növbəmdə 9-cu PŞ-nin rəhbərliyinə və əməkdaşlara öz minnətdarlığmı bildirirəm”.

Vətəndaş Aynur Məmmədova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Bir qrup şəxs tərəfindən külli miqdarda pul vəsaitim dələduzluq yolu ilə ələ keçirilmişdi. Bununla bağlı Nəsimi Rayon Polis İdarəsinə müraciət etmişdim. İşimə Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində baxıldı. Polis əməkdaşlarının müraciətimə peşəkar yanaşması nəticəsində həmin şəxslər barəsində tədbir görüldü və mənə dəymiş maddi ziyan tam şəkildə ödənildi. Müraciətimə operativ yanaşılmasına və göstərilən peşəkar münasibətə görə DİN-in və Nəsimi Rayon Polis İdarəsinin rəhbərliyinə, bu işdə əməyi olan polis əməkdaşlarına minnətdarlığımı bildirirəm”.

Vətəndaş Esmiralda Mehdiyeva DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “23.04.2026-cı il tarixində Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Şöbəsinə şikayət etmişdim. Mənim şikayətim təmin olundu və mənə dəymiş maddi ziyan ödənildi. DİN-in və Xətai RPİ-nin rəhbərliyinə dərin təşəkkür və minnətdarlığımı bildirirəm”.

Bakı şəhər sakini, Qarabağ qazisi olan Tural Şirinov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında mobil telefonunun itməsi ilə bağlı müraciət etdiyini, polis əməkdaşlarının operativliyi sayəsində telefonunun qısa müddətdə tapılaraq ona təhvil verildiyini yazır. Göstərilən diqqətə və obyektiv araşdırmalara görə DİN rəhbərliyinə və Nəsimi Rayon Polis İdarəsinə minnətdarlığını ifadə edir.

Vətəndaş Toğrul İzzətli DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında üzləşdiyi problemlə bağlı polisə müraciət etdiyini, obyektivliyə, müraciətinin qısa müddətdə müsbət həll olunmasına görə Azərbaycan Polisinə minnətdarlığını ifadə edir. 

Vətəndaş Mintümen Əhmədova DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında üzləşdiyi problemlə bağlı polisə müraciət etdiyini, obyektivliyə, müraciətinin qısa müddətdə müsbət həll olunmasına görə Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını ifadə edir.

Vətəndaş Rəcəb Sadıqlı DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında polisin vətəndaşların güvən yeri olduğunu qeyd edir, göstərilən diqqət və qayğıya, obyektivliyə, vətəndaş məmnunluğu üçün yaradılan şəraitə görə Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir. 

Vətəndaş Babəş Azimov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında üzləşdiyi problemlə bağlı polisə müraciət etdiyini, obyektivliyə, müraciətinin qısa müddətdə müsbət həll olunmasına görə Xətai Rayon Polis İdarəsinə minnətdarlığını ifadə edir.

Bakı şəhər sakini Qafar Hüseynov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında iştirak etdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı polisə müraciət etdiyini, məsələnin qısa müddətdə araşdırıldığını, müraciətinə diqqətlə yanaşılmasına və keçirilən operativ tədbirlərə görə DİN rəhbərliyinə və Xətai Rayon Polis İdarəsinə minnətdarlığını ifadə edir.