Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
06.05.2026 - Vətəndaş Tahir Əsədov
Vətəndaş Tahir Əsədov Daxili İşlər Nazirliyinə ünvanladığı teleqramında daxili işlər naziri tərəfindən keçirilən vətəndaş qəbulunda iştirak etdiyini bildirir. O, müraciəti üzrə müvafiq göstəriş verilərək qısa müddətdə müsbət həll olunmasında göstərilən köməkliyə görə özü və ailəsinin adından DİN rəhbərliyinə minnətdarlığını ifadə edir.
06.05.2026 - Culfa rayon sakini Məzahir Məmmədyarov
Culfa rayon sakini Məzahir Məmmədyarov rayon ərazisində ictimai asayişi ayıq-sayıq qoruyan, obyektiv və operativ olan, vətəndaş müraciətlərinə həssaslıqla yanaşan və xidməti vəzifələrini layiqincə yerinə yetirən Culfa Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir, Azərbaycan polisinə çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
06.05.2026 - Yardımlı rayon sakini Qurbanzadə Məmmədov
Yardımlı rayon sakini Qurbanzadə Məmmədov öz məktubunda xidməti vəzifələrinin və peşə fəaliyyətinin öhdəsindən layiqincə gəldiyinə,vətəndaşlara göstərilən diqqətə və humanistliyə görə Yardımlı Rayon Polis Şöbəsinin rəhbərliyinə təşəkkürünü bildirir.
06.05.2026 - Astara rayon sakini Faiq Quliyev
Astara rayon sakini Faiq Quliyev öz məktubunda müraciəti ilə əlaqədar ona göstərilən köməyə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.
06.05.2026 - Masallı rayon sakini Firudin Cahangirov
Masallı rayon sakini Firudin Cahangirov DİN-ə yazdığı məktubunda operativ və peşəkar fəaliyyətə, vətəndaş məmnunluğunun təmin olunmasına görə BDYPİ-nin Qeytiyyat-İmtahan İdarəsinin rəhbərliyinə təşəkkürünü bildirir.
06.05.2026 - Biləsuvar rayon sakini Təranə Orucova
Biləsuvar rayon sakini Təranə Orucova DİN-ə yazdığı məktubunda müraciəti ilə əlaqədar Cəlilabad Rayon Polis Şöbəsinin rəhbərliyi tərəfindən qəbul edildiyini, ona lazımi hüquqi izahların verildiyini bildirir və bununla əlaqədar təşəkkürünü bildirir.
06.05.2026 - Masallı rayon sakini Tofiq Şahmarov
Masallı rayon sakini Tofiq Şahmarov öz məktubunda xidməti fəaliyyətini layiqincə yerinə yetirdiyinə və yüksək peşəkarlığa görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.
06.05.2026 - Astara rayon sakini Elvin Nəsirov
Astara rayon sakini Elvin Nəsirov DİN-ə yazdığı məktubunda narkomaniya və erkən nikah hallarına qarşı mübarizə çərçivəsində yeniyetmə və gənclərlə, o cümlədən məktəblilərlə keçirilən görüşlərə, mütəmadi təşkil edilən maarifləndirmə tədbirlərinə görə Astara Rayon Polis Şöbəsinin rəhbərliyinə təşəkkürünü bildirir.
06.05.2026 - Lənkəran rayon sakini Röya Nuriyeva
Lənkəran rayon sakini Röya Nuriyeva DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında müraciətinə çevik reaksiya verilməsinə görə DİN-in və Lənkəran Şəhər Rayon Polis Şöbəsinin rəhbərliyinə təşəkkürünü bildirir.