Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
05.08.2026 - Sosial şəbəkə istifadəçisi Həkiməli Bayramov
Sosial şəbəkə istifadəçisi Həkiməli Bayramov “Instagram” sosial şəbəkəsi vasitəsilə Daxili İşlər Nazirliyinə ünvanladığı mesajında qaldırdığı məsələnin qısa müddətdə öz həllini tapdığını bildirib. O, müraciətinə operativ baxıldığına görə təşəkkür edir.
05.08.2026 - Bakı şəhər sakini İsaq Mazanov
Bakı şəhər sakini İsaq Mazanov DİN-in “Instagram” səhifəsinə mesajında üzləşdiyi problemlə bağlı müraciət etdiyini, operativ tədbirlərin həyata keçirildiyini, müraciətinin müsbət həll olunaraq narahatlığına son qoyulmasına görə Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
05.08.2026 - Vətəndaş Rəsul Cəfərov
Vətəndaş Rəsul Cəfərov “Instagram” sosial şəbəkəsi vasitəsilə etdiyi müraciətində Daxili İşlər Nazirliyinə ünvanladığı müraciətin qısa müddətdə araşdırılaraq müsbət həll olunduğunu bildirir. O, müraciətinə göstərilən diqqət və operativ yanaşmadan razı qaldığını qeyd edir. R.Cəfərov müraciətinin müsbət həllinə görə DİN rəhbərliyinə, Azərbaycan polisinə minnətdarlığını ifadə edir, Azərbaycan polisinin fəaliyyətini yüksək qiymətləndirdiyini vurğulayır.
05.08.2026 - Bakı şəhər sakini Ülkər Aşurova
Bakı şəhər sakini Ülkər Aşurova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciəti üzrə Nizami Rayon Polis İdarəsində aparılan obyektiv araşdırmalarla müraciətinin qısa müddətdə müsbət həll olunduğunu qeyd edir, göstərilən diqqətə, peşəkarlığa və operativliyə görə Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
05.08.2026 - Vətəndaş Nazilə Adıgözəlova
Vətəndaş Nazilə Adıgözəlova Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda üzləşdiyi problemlə bağlı müraciətinə operativ baxıldığına, qısa müddətdə araşdırılaraq müvafiq tədbirlərin keçirildiyinə və məsələnin qısa müddətdə müsbət həll edildiyinə görə DİN rəhbərliyinə və Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını ifadə edir.
05.08.2026 - Bakı şəhər sakini Rəşad Hüseynov
Bakı şəhər sakini Rəşad Hüseynov DİN-in “Instagram” səhifəsinə ünvanladığı mesajında Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsində müraciəti üzrə obyektiv araşdırma aparıldığını və qısa müddətdə müsbət həll olunduğunu qeyd edir. O, vətəndaş müraciətlərinə həssaslıqla yanaşılmasına görə DİN rəhbərliyinə, o cümlədən obyektivliyə və operativliyə görə Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
05.08.2026 - Vətəndaş Marat Süleymanov
Vətəndaş Marat Süleymanov DİN-in “Instagram” səhifəsinə ünvanladığı mesajında Nərimanov rayonu ərazisində üzləşdikləri yol-nəqliyyat hadisəsi ilə bağlı Nərimanov RPİ-nin Təhqiqat Şöbəsində aparılan araşdırmadan razı qaldığını, əməkdaşların ona müvafiq köməklik göstərdiklərini qeyd edərək minnətdarlığını bildirir. Aparılan obyektiv araşdırmaya görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinə təşəkkürünü bildirir.
05.08.2026 - Vətəndaş Abbas Hüseynov
Vətəndaş Abbas Hüseynov DİN-in “Instagram” səhifəsinə ünvanladığı mesajında Xətai rayonu ərazisində üzləşdikləri yol-nəqliyyat hadisəsi ilə bağlı Xətai RPİ-nin Təhqiqat Şöbəsində aparılan araşdırmadan razı qaldığını, əməkdaşların ona müvafiq köməklik göstərdiklərini qeyd edərək minnətdarlığını bildirir. Aparılan obyektiv araşdırmaya görə DİN rəhbərliyinə və Xətai Rayon Polis İdarəsinə təşəkkürünü bildirir.
05.08.2026 - Vətəndaş Ruslan Eldaroğlu
Vətəndaş Ruslan Eldaroğlu DİN-in “Instagram” səhifəsinə ünvanladığı mesajında yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma müddətində qəbul olunduğunu, hüquq və vəzifələrinin ətraflı izah edildiyini, həmçinin müraciətinə diqqətlə yanaşıldığını qeyd edir. Vətəndaş müraciətlərinə həssas münasibət göstərilməsinə, ona göstərilən diqqət və qayğıya görə DİN rəhbərliyinə və Binəqədi Rayon DYPŞ-nin əməkdaşlarına təşəkkürünü bildirir, onlara çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.