Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
05.08.2026 - Gəncə şəhər sakini Rübail Nəsibov
Gəncə şəhər sakini Rübail Nəsibov DİN-ə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, Gəmcə ŞBPİ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.
05.08.2026 - Şəmkir rayon sakini Rəşad Mamedov
Şəmkir rayon sakini Rəşad Mamedov DİN-ə ünvanladığı təşəkkür məktubunda etdiyi müraciətinə operativ reaksiya verilməsinə və müsbət həll olunmasına görə başda DİN rəhbərliyinə təşəkkür edir.
05.08.2026 - Şabran rayon sakini Gülzar Qoçəliyeva
Şabran rayon sakini Gülzar Qoçəliyeva etdiyi müraciətinin müsbət həll olunmasına görə başda DİN rəhbərliyinə təşəkkür edir.
04.08.2026 - Vətəndaş Pəri Məmmədli
Vətəndaş Pəri Məmmədli DİN-in “Instagram” səhifəsinə yazdığı təşəkkür mesajında müraciəti üzrə Nərimanov Rayon Polis İdarəsinin Pasport və Qeydiyyat Şöbəsinin əməkdaşlarının onunla əlaqə saxladığını məsələnin operativ şəkildə həll edildiyini qeyd edib. O, müraciətinə diqqətlə yanaşılaraq qısa müddətdə müsbət həll edildiyinə görə DİN rəhbərliyinə, o cümlədən Nərimanov Rayon Polis İdarəsinin Pasport və Qeydiyyat Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
04.08.2026 - Vətəndaş Şəhanə Hacıyeva
Vətəndaş Şəhanə Hacıyeva DİN-in “Instagram” səhifəsinə yazdığı təşəkkür mesajında üzləşdiyi dələduzluq faktı ilə bağlı Naxçıvan Şəhər Polis İdarəsinə müraciət etdiyini bildirir. Müraciətinin obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
04.08.2026 - Vətəndaş Esmira Əhmədova
Vətəndaş Esmira Əhmədova DİN-in “Instagram” səhifəsinə ünvanladığı mesajında Nərimanov rayonu ərazisində üzləşdikləri yol-nəqliyyat hadisəsi ilə bağlı Nərimanov RPİ-nin Təhqiqat Şöbəsində aparılan araşdırmadan razı qaldığını, əməkdaşların ona müvafiq köməklik göstərdiklərini qeyd edərək minnətdarlığını bildirir. Aparılan obyektiv araşdırmaya görə DİN-in rəhbərliyinə təşəkkürünü bildirir.
04.08.2026 - Vətəndaş Sərham Mahmudov
Vətəndaş Sərham Mahmudov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “03.07.2026-cı il tarixində yol-nəqliyyat hadisəsi baş vermişdi. Hadisə ilə bağlı Nərimanov Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsində aparılan araşdırmada iştirak etdim. Həmin müddətdə RPİ rəhbərliyi tərəfindən qəbul olundum, mənimlə ciddi şəkildə maraqlandılar və hüquqlarımı ətraflı şəkildə izah etdilər. Polis əməkdaşlarının vətəndaşla bu qədər səmimi və diqqətli davranmasının şahidi olmaq mənim üçün çox xoş oldu. Göstərilən qayğı və peşəkarlığa görə razılığımı bildirirəm. Bu münasibətlə Daxili İşlər Nazirliyinin əməkdaşlarına təşəkkür edirəm”.
04.08.2026 - Vətəndaş Səbinə İbrahimova
Vətəndaş Səbinə İbrahimova DİN-in “Instagram” səhifəsinə ünvanladığı təşəkkür mesajında etdiyi müraciətinə operativ baxıldığını, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi tərəfindən obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll olunduğunu qeyd edərək 18-ci PŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
04.08.2026 - Vətəndaş İsmayıl Tağıyev
Vətəndaş İsmayıl Tağıyev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Sizə ünvanladığım sorğuya Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən operativ yardım göstərildi. Buna görə də, DİN-in və Xətai RPİ-nin rəhbərliyinə öz minnətdarlığımı və təşəkkürümü bildirirəm”.