Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
05.08.2026 - Sosial şəbəkə istifadəçisi Elməddin Hüseynov
Sosial şəbəkə istifadəçisi Elməddin Hüseynov Daxili İşlər Nazirliyinə ünvanladığı təşəkkür mesajında Pirallahı rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı hadisə yerinə gələn polis əməkdaşlarının məsələyə qərəzsiz, obyektiv və peşəkar yanaşdıqlarını bildirib. O, peşəkar xidmətə görə Pirallahı Rayon Dövlət Yol Polisi Şöbəsinin rəhbərliyinə və polis əməkdaşlarına minnətdarlığını ifadə edir.
05.08.2026 - Sosial şəbəkə istifadəçisi Vüsalə Yusifli
Sosial şəbəkə istifadəçisi Vüsalə Yusifli “Instagram” sosial şəbəkəsi vasitəsilə Daxili İşlər Nazirliyinə ünvanladığı təşəkkür mesajında bildirir ki, itirdiyi çantası ilə bağlı aidiyyəti üzrə müraciət edib və polis əməkdaşlarının operativ fəaliyyəti nəticəsində çantası qısa müddətdə tapılaraq özünə təhvil verilib. O, buna görə Hava Nəqliyyatında Polis İdarəsinin rəisi başda olmaqla, axtarışda iştirak edən bütün əməkdaşlara dərin təşəkkürünü ifadə edir.
05.08.2026 - Vətəndaş Fəridə Çidəm
Vətəndaş Fəridə Çidəm DİN rəhbərliyinə ünvanladığı məktubunda Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsində ona və ailə üzvlərinə göstərilən yüksək səviyyəli xidmətə və qayğıkeş münasibətə görə polis əməkdaşlarına təşəkkürünü bildirir.
05.08.2026 - Sosial şəbəkə istifadəçisi Aliyə Vəliyeva
Sosial şəbəkə istifadəçisi Aliyə Vəliyeva “Instagram” sosial şəbəkəsi vasitəsilə Daxili İşlər Nazirliyinə ünvanladığı təşəkkür mesajında iştirakçısı olduğu yol-nəqliyyat hadisəsi ilə bağlı Nərimanov Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsində aparılan araşdırmanın nəticəsindən razı qaldığını bildirir. Polis əməkdaşlarının vətəndaşa göstərdiyi diqqət və qayğıdan razı qaldığını bildirən A.Vəliyeva başda DİN rəhbərliyi olmaqla, polis əməkdaşlarına dərin təşəkkürünü ifadə edir.
05.08.2026 - Sosial şəbəkə istifadəçisi Nigar Məmmədova
Sosial şəbəkə istifadəçisi Nigar Məmmədova oğluna dəymiş maddi zərərin ödətdirilməsində göstərilən köməkliyə görə Daxili İşlər Nazirliyinin rəhbərliyinə və Xətai Rayon Polis İdarəsinə təşəkkürünü ifadə edir.
05.08.2026 - Sosial şəbəkə istifadəçisi Nadim Abasov
Sosial şəbəkə istifadəçisi Nadim Abasov Daxili İşlər Nazirliyinə ünvanladığı təşəkkür mesajında Xətai rayonu ərazisində iştirakçısı olduğu yol-nəqliyyat hadisəsinin operativ və obyektiv şəkildə araşdırıldığını, müraciətinə qanunauyğun qaydada baxıldığını qeyd edir. O, buna görə Xətai Rayon Polis İdarəsinin rəhbərliyinə və əməkdaşlarına minnətdarlıq edir.
05.08.2026 - Sosial şəbəkə istifadəçisi Aygün Əhmədova
Sosial şəbəkə istifadəçisi Aygün Əhmədova yol-nəqliyyat hadisəsi ilə bağlı aparılan araşdırmanın nəticəsindən razı qaldığını bildirir və buna görə Nərimanov Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin əməkdaşlarına təşəkkür edir.
05.08.2026 - Sosial şəbəkə istifadəçisi Qədir Məmmədov
Sosial şəbəkə istifadəçisi Qədir Məmmədov Pirallahı rayonunda yol polisi əməkdaşlarının vətəndaşlarla peşəkar, nəzakətli münasibətini və xidməti vəzifələrini layiqincə yerinə yetirmələrini yüksək qiymətləndirərək, polis əməkdaşlarına minnətdarlığını bildirir.
05.08.2026 - Pirallahı rayon sakini Etibar Məmmədov
Pirallahı rayon sakini Etibar Məmmədov yol polisi əməkdaşlarının peşəkar fəaliyyətindən, vətəndaşlara nəzakətli münasibətindən və xidməti vəzifələrini layiqincə yerinə yetirmələrindən razı qaldığını bildirir. O, buna görə başda DİN rəhbərliyi olmaqla, Pirallahı Rayon Polis İdarəsinə, eləcə də bütün polis əməkdaşlarına minnətdarlığını ifadə edir.