Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
05.08.2026 - Xaçmaz rayon sakini Hilal Kərimxanov
Xaçmaz rayon sakini Hilal Kərimxanov itirdiyi mobil telefonunun qısa zaman ərzində tapılaraq təhvil verilməsinə görə Azərbaycan polisinə minnətdarlığını bildirir.
05.08.2026 - Vətəndaş İdris Axundov
Vətəndaş İdris Axundov ünvanladığı təşəkkür məktubunda xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, eləcə də fədakarlıq nümayiş etdirdiklərinə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
05.08.2026 - Quba rayon sakini Müşfiq Bədəlov
Quba rayon sakini Müşfiq Bədəlov avtomobilində nasazlıq yaranması səbəbindən yolda qaldığında ona göstərilən köməkliyə görə Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
05.08.2026 - Bakı şəhər sakini Bahar Balayeva
Bakı şəhər sakini Bahar Balayeva etdiyi müraciətinin operativ araşdırılmasına, eləcə də müsbət həll edilməsinə görə Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
05.08.2026 - Quba rayon sakinləri Rəvan Mahmudlu və Cəmil Əkbərov
Quba rayon sakinləri Rəvan Mahmudlu və Cəmil Əkbərov etdikləri müraciətlər üzrə onlara müvafiq köməklik göstərildiyini bildirirlər. Onlar, vətəndaş müraciətinə həssas yanaşılmasına görə Azərbaycan polisinə və Quba RPŞ-nin əməkdaşlarına minnətdarlıqlarını bildirirlər.
05.08.2026 - Bakı şəhər sakini Yaqub Quliyev
Bakı şəhər sakini Yaqub Quliyev Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda avtomobilinin oğurlanması ilə əlaqədar etdiyi müraciətinə opreativ baxıldığını, keçirilən tədbirlərlə qısa müddət ərzində tapılaraq özünə təhvil verildiyini qeyd edərək cinayətkarlıqla mübarizədə peşəkar fəaliyyətə görə DİN-in rəhbərliyinə və Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
05.08.2026 - Bakı şəhər sakini Kamran Həsənov
Bakı şəhər sakini Kamran Həsənov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda müraciəti üzrə Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən obyektiv araşdırma aparıldığını və qısa müddətdə müsbət həll olunduğunu qeyd edərək DİN-in rəhbərliyinə və Bakı Şəhər BPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
05.08.2026 - Vətəndaş Elmar Zeynalov
Vətəndaş Elmar Zeynalov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “16.07.2026-cı il tarixində Budapeşt–Bakı reysi ilə Azərbaycana qayıdarkən özümə məxsus saatı itirdiyimi aşkarladım və bununla əlaqədar Hava Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarına müraciət etdim. Polis əməkdaşları müraciətimə dərhal operativ reaksiya göstərərək saatımı tapıb mənə təhvil verdilər. Buna görə Hava Nəqliyyatında Polis İdarəsinin rəhbərliyinə və bu işdə əməyi olan bütün polis əməkdaşlarına öz dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm”.
05.08.2026 - Sosial şəbəkə istifadəçisi Turqay Məhərləmov
Sosial şəbəkə istifadəçisi Turqay Məhərləmov DİN-in “Instagram” sosial şəbəkə hesabına yazdığı mesajında müraciətinə qısa müddətdə baxılması və məsələnin müsbət həll edilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə təşəkkür edir.