Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
06.08.2026 - Şəki şəhər sakini Mamay Əhmədov
Şəki şəhər sakini Mamay Əhmədov müraciətinə həssas yanaşıldığına və göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Şəki RŞPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
06.08.2026 - Vətəndaş Samir Nəzəmov
Vətəndaş Samir Nəzəmov baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
06.08.2026 - Vətəndaş Nəzirə Əzizova
Vətəndaş Nəzirə Əzizova DİN-in sosial şəbəkə səhifəsinə yazdığı mesajında mobil telefonunu itirməsi ilə bağlı Nizami Rayon Polis İdarəsinə müraciət etdiyini bildirir. Telefonunun qısa zaman ərzində tapılaraq ona təhvil verilməsinə, operativ və həssas münasibətə görə polis əməkdaşlarına təşəkkür edir.
06.08.2026 - Vətəndaş Anar Rzayev
Vətəndaş Anar Rzayev Daxili İşlər Nazirliyinin sosial şəbəkə səhifəsinə təşəkkür mesajı yazıb. O, polis əməkdaşları tərəfindən keçirilən operativ tədbirlərlə qısa müddətdə problemin həll olunduğunu və ona dəymiş maddi ziyanın tam ödətdirildiyini qeyd edir.
06.08.2026 - Əcnəbi vətəndaş Saif Waseem
Əcnəbi vətəndaş Saif Waseem DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi problemlə bağlı müraciətinin qısa müddətdə müsbət həll olunmasına görə Səbail RPİ-nin 39-cu Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
06.08.2026 - Vətəndaş Ramin Babayev
Vətəndaş Ramin Babayev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə operativ baxılmasına və ona dəymiş maddi ziyanın ödətdirilməsinin təmin olunmasına görə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
06.08.2026 - Vətəndaş Kənan Rəhimov
Vətəndaş Kənan Rəhimov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar aparılan obyektiv araşdırmalara görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
06.08.2026 - Bakı şəhər sakini Türkan Nəbiyeva
Bakı şəhər sakini Türkan Nəbiyeva məktubunda üzləşdiyi dələduzluqla bağlı müraciətinə çevik reaksiya verilməsinə və ona dəymiş maddi ziyanın tam ödətdirilməsinin təmin olunmasına görə Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
06.08.2026 - Vətəndaş Zeynaləbdin Bağırov
Vətəndaş Zeynaləbdin Bağırov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə operativ baxılmasına görə Azərbaycan polisinə təşəkkürünü bildirir.