Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
06.08.2026 - Vətəndaş Eldar İbadov
Vətəndaş Eldar İbadov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə göstərdikləri operativliyə və obyektivliyə, həmçinin həyata keçirdikləri tədbirlərə görə Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
06.08.2026 - Vətəndaş Turan Məmmədov
Vətəndaş Turan Məmmədov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə operativ baxılmasına və həyata keçirilən tədbirlərə görə Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
06.08.2026 - Naftalan rayon sakini Vüqar Verdiyev
Naftalan rayon sakini Vüqar Verdiyev məktubunda polis əməkdaşları tərəfindən şəhid və qazi ailələrinə, Vətən müharibəsi iştirakçılarına yüksək diqqət və qayğı göstərildiyini qeyd edir. O, humanist və qayğıkeşliklərinə görə Azərbaycan polisinə təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
06.08.2026 - Vətəndaş Könül Bağırova
Vətəndaş Könül Bağırova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə çevik reaksiya verilməsinə və ona dəymiş maddi ziyanın tam ödətdirilməsinin təmin olunmasına görə Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
05.08.2026 - Lənkəran şəhər sakini Şükür Şükürov
Lənkəran şəhər sakini Şükür Şükürov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında onu narahat edən problemlə bağlı müraciətinə Lənkəran Şəhər Rayon Polis Şöbəsində operativ baxılmasına və qaldırılan məsələnin müsbət həllini tapmasına görə minnətdarlığını bildirir.
05.08.2026 - Masallı rayon sakini Qadir Mirzəyev
Masallı rayon sakini Qadir Mirzəyev öz məktubunda Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun Lerikdə keçirdiyi vətəndaş qəbulunda müraciətinin diqqətlə və həssaslıqla dinlənilməsinə, qaldırdığı məsələnin qısa zamanda müsbət həllini tapmasına görə minnətdarlığını bildirir.
05.08.2026 - Bakı şəhər sakini Elvin Abdullayev
Bakı şəhər sakini Elvin Abdullayev DİN-ə yazdığı məktubunda müraciətinə operativ baxılmasına, qanunamüvafiq qaydada tədbirlərin görülməsinə və məsələnin müsbət həllini tapmasına görə Bakı Şəhər Baş Polis İdarəsinin və Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
05.08.2026 - Sosial şəbəkə istifadəçisi Elçin Hüseynov
Sosial şəbəkə istifadəçisi Elçin Hüseynov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında iştirakçısı olduğu yol nəqliyyat hadisəsi ilə bağlı aparılan obyektiv araşdırmaya, göstərilən lazımi köməyə görə Nərimanov Rayon Polis İdarəsinin rəhbərliyinə və təhqiqat şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
05.08.2026 - Lənkəran şəhər sakini Elmira Aslanova
Lənkəran şəhər sakini Elmira Aslanova DİN-ə yazdığı məktubunda ona məxsus yaşayış evindən oğurluq edən şəxsin müəyyən olunaraq məsuliyyətə cəlb edilməsinə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.