Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
11.08.2026 - Oğuz rayon sakini Əziz Abdurəhmanlı
Oğuz rayon sakini Əziz Abdurəhmanlı Daxili İşlər Nazirliyinin sosial şəbəkə şəhifəsinə təşəkkürü məktubu yazıb. O, müraciətinə Oğuz rayon Polis Şöbəsində operativ baxıldığını və ona dəymiş maddi ziyanın tam şəkildə ödənilməsinin təmin edildiyini qeyd edir.
11.08.2026 - Biləsuvar rayon sakini Elsevər Məmmədov
Biləsuvar rayon sakini Elsevər Məmmədov DİN-ə yazdığı məktubunda xidməti vəzifələrinin və peşə fəaliyyətinin öhdəsindən layiqincə gəldiklərinə, humanistliyə görə Biləsuvar RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.
11.08.2026 - Türkiyə Cumhuriyyətinin vətəndaşı Aslan Yılmaz
Türkiyə Cumhuriyyətinin vətəndaşı Aslan Yılmaz Daxili İşlər Nazirliyinə təşəkkür məktubu yazıb. O, müraciətinin Sumqayıt Şəhər Polis İdaərində dərhal nəzarətə götürüldüyünü, polis əməkdaşları tərəfindən peşəkar və obyektiv araşdırma aparıldığını, ona lazımi köməyin göstərildiyini bildirir. A.Yılmaz nümunəvi xidmətə görə Azərbaycan polisinə təşəkkürünü bildirir.
11.08.2026 - Vətəndaş Birilyant Rəcəbəliyeva
Vətəndaş Birilyant Rəcəbəliyeva teleqramında üzləşdiyi problemlə bağlı etdiyi müraciətinə operativ reaksiya verildiyini və obyektiv araşdırma aparılaraq qısa müddətdə müsbət həll olunduğunu qeyd edir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə təşəkkür edir.
11.08.2026 - Vətəndaş Bəhruz Əliyev
Vətəndaş Bəhruz Əliyev məktubunda müraciəti üzrə obyektiv araşdırma aparılaraq qısa müddətdə müsbət həll olunmasında göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Səbail RPİ-nin 8-ci Polis Şöbəsinə minnətdarlığını ifadə edir.
11.08.2026 - Vətəndaş Riad Hüseynəliyev
Vətəndaş Riad Hüseynəliyev məktubunda üzləşdiyi problemlə bağlı polisə müraciət etdiyini, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən operativ tədbirlərin həyata keçirildiyini və onun qısa müddətdə müvafiq tibb müəssisəsinə çatdırılmasında da köməklik göstərildiyini bildirərək həmin şöbənin əməkdaşlarına təşəkkür edir.
11.08.2026 - Vətəndaş Sevinc Dadaşova
Vətəndaş Sevinc Dadaşova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciəti ilə əlaqədar Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən müvafiq köməkliyin göstərildiyini qeyd edir. S.Dadaşova vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, göstərdikləri köməkliyə görə Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
10.08.2026 - Vətəndaş Məhəmməd Məmmədov
Vətəndaş Məhəmməd Məmmədov məktubunda üzləşdiyi problemlə bağlı Mingəçevir Şəhər Polis Şöbəsinə etdiyi müraciətinə operativ reaksiya verildiyini və obyektiv araşdırma aparılaraq qısa müddətdə müsbət həll olunduğunu qeyd edir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, müraciətinə operativ reaksiya verilməsinə görə Mingəçevir ŞPŞ əməkdaşlarına təşəkkür edir.
10.08.2026 - Vətəndaş Habil İskəndərli
Vətəndaş Habil İskəndərli məktubunda Azərbaycan Respublikasının daxili işlər naziri tərəfindən keçirilən vətəndaş qəbulunda iştirak etdiyini, müraciəti üzrə müvafiq tapşırıqlar verildiyini yazır. O, müraciətinin müsbət həll olunduğunu qeyd edir, göstərilən diqqətə və obyektiv araşdırmalara görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.