Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
10.08.2026 - Vətəndaş Fuad Osmanov
Vətəndaş Fuad Osmanov məktubunda gecə-gündüz yorulmadan xidmət aparan, ictimai asayişi ayıq-sayıq qoruyan, xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə təşəkkür edir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
10.08.2026 - Vətəndaş Pərvin Vəliyev
Vətəndaş Pərvin Vəliyev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciəti ilə əlaqədar Şahbuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq köməkliyin göstərildiyini qeyd edir. P.Vəliyev vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Daxili İşlər nazirliklərinin rəhbərliklərinə və göstərdikləri köməkliyə görə Şahbuz Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
08.08.2026 - Vətəndaş Elnur Əliyev
Vətəndaş Elnur Əliyev Daxili İşlər Nazirliyinin “İnstagram” səhifəsinə təşəkkür mesajı yazaraq xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, Nərimanov RPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.
08.08.2026 - Vətəndaş Xuraman Tarverdiyeva
Vətəndaş Xuraman Tarverdiyeva üzləşdiyi problem ilə bağlı etdiyi müraciətinə operativ reaksiya verilməsinə və müsbət həll olunmasına görə başda DİN rəhbərliyi olmaqla, Saatlı RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.
08.08.2026 - Şəki rayon sakini Tərlan Səlimov
Şəki rayon sakini Tərlan Səlimov DİN-ə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, Şəki ŞRPŞ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.
07.08.2026 - Şahbuz rayon sakini Çərkəz Nuriyev
Şahbuz rayon sakini Çərkəz Nuriyev Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda üzləşdiyi problemlə bağlı Şahbuz Rayon Polis Şöbəsinə etdiyi müraciətinin həll olunmasında göstərilən köməkliyə görə DİN-in rəhbərliyinə və polis əməkdaşlarına təşəkkürünü bildirir.
07.08.2026 - Vətəndaş Elşən Məmmədov
Vətəndaş Elşən Məmmədov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Qəza hadisəsi ilə bağlı etdiyim müraciətlə əlaqədar Nərimanov Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsindən mənimlə əlaqə saxlanıldı. Hadisə ilə bağlı ərizəm qəbul edildi və araşdırma başlanıldı. Müraciətimə operativ şəkildə baxıldığına görə Daxili İşlər Nazirliyinin rəhbərliyinə və Nərimanov RPİ-nin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarına təşəkkürümü bildirirəm”.
07.08.2026 - Vətəndaş Aytən Məmmədova
Vətəndaş Aytən Məmmədova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Nərimanov Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi ilə bağlı məsələ ilə əlaqədar müraciət etmişdim. Həmin şöbənin rəhbərliyi tərəfindən qəbul olundum. Müraciətim dinlənildi və mənə ətraflı izahat verildi. Şikayətim təmin olundu. Daxili İşlər Nazirliyinin və Nərimanov RPİ-nin Dövlət Yol Polisi Şöbəsinin rəhbərliyinə təşəkkürümü bildirirəm”.
07.08.2026 - Vətəndaş Nicat Kazımlı
Vətəndaş Nicat Kazımlı DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə müraciət etmişdim. Müraciətimə operativ şəkildə baxıldı və mənə lazımi köməklik göstərildi. Buna görə DİN-in və Xətai Rayon Polis İdarəsinin rəhbərliyinə, həmçinin 37-ci Polis Şöbəsinin əməkdaşlarına öz təşəkkürümü bildirirəm. Var olsun, Azərbaycan Polisi!”.