Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Sevil Cabbarova öz məktubunda onu narahat edən problemlə bağlı müraciətinin müsbət həllini tapmasına görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Bakı şəhər sakini İlyas Qantayev DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında pul vəsaitinin ələ keçirilməsi ilə bağlı müraciətinin Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsində obyektiv araşdırılmasına və ona dəymiş maddi ziyanın tam şəkildə ödənilməsinin təmin edilməsinə görə təşəkkürünü ifadə edir.

Abşeron rayon sakini Flora Hacıyeva DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında onu narahat edən problemlə bağlı müraciətinə operativ baxılmasına, məsələnin müsbət həllini tapmasına görə Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin əməkdaşılarına təşəkkürünü bildirir.

Sosial şəbəkə istifadəçisi Solmaz Rövşən DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında müraciətinə Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin əməkdaşları tərəfindən çevik reaksiya verilməsinə, ona dəymiş maddi ziyanın ödənilməsinin təmin edilməsinə görə təşəkkürünü bildirir.

Astara rayon sakini Elvin Nəsirov DİN-ə təşəkkür məktubu yazıb. O, rayon ərazisində asayişin və ictimai təhlükəsizliyin etibarlı qorunmasına, polis əməkdaşlarının fasiləsiz və nümunəvi qaydada xidmət aparmalarına, vətəndaşlara qarşı nəzakətlər davranmalarına və müraciətlərə həssaslıqla yanaşılmasına görə Astara Rayon Polis Şöbəsinin rəhbərliyinə və şəxsi heyətinə təşəkkürünü bildirir.

Bakı şəhər sakini Hilal Fərruxov DİN-ə yazdığı məktubunda xidməti vəzifələrinin və peşə fəaliyyətinin öhdəsindən layiqincə gəldiklərinə görə Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Sosial şəbəkə istifadəçisi Aleksandr Çuprik DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında xidməti vəzifələrini peşəkarlıqla yerinə yetirdiklərinə və humanistliyə görə Hava Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Yardımlı rayon sakini Mirxas Adiyev DİN-ə yazdığı məktubunda nümunəvi xidmətə, humanistliyə və vətədaşlara qarşı nəzakətli davranışa görə Yardımlı Rayon Polis İdarəsinin rəhbərliyinə təşəkkürünü bildirir.

Bakı şəhər sakini Lalə Hacızadə məktubunda üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Suraxanı RPİ-nin 33-cü Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.