Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
07.08.2026 - Vətəndaş Vahid Vahidov
Vətəndaş Vahid Vahidov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Mənə dəymiş maddi zərər Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşlarının köməkliyi nəticəsində ödənildi. Buna görə DİN-in rəhbərliyinə və Azərbaycan Polisinə dərin təşəkkürümü bildirir, məsuliyyətli fəaliyyətinizə görə minnətdarlığımı ifadə edirəm”.
06.08.2026 - Goranboy rayon sakini Alim İbrahimov
Goranboy rayon sakini Alim İbrahimov DİN-ə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, Naftalan RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.
06.08.2026 - Yevlax rayon sakini Mustafa Mustafayev
Yevlax rayon sakini Mustafa Mustafayev DİN-ə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, Zərdab RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.
06.08.2026 - Bakı şəhər sakini Mircəfər Ağayev
Bakı şəhər sakini Mircəfər Ağayev DİN-ə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, DİN-in Hava Nəqliyyatında Polis İdarəsinin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.
06.08.2026 - Saatlı rayon sakini Taleh Kərimov
Saatlı rayon sakini Taleh Kərimov DİN-ə ünvanladığı təşəkkür məktubunda vətəndaşlara göstərilən diqqətə və qayğıya, eləcə də xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, Şirvan RQİ və TBŞ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.
06.08.2026 - Mingəçevir şəhər sakini Rəhimə Mustafayeva
Mingəçevir şəhər sakini Rəhimə Mustafayeva DİN-ə ünvanladığı təşəkkür məktubunda etdiyi müraciətinə operativ reaksiya verilməsinə görə başda DİN rəhbərliyi olmaqla, Mingəçevir ŞPŞ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.
06.08.2026 - Bakı şəhər sakini Murad Məmmədov
Bakı şəhər sakini Murad Məmmədov DİN-ə yazdığı məktubunda müraciətinə operativ qaydada baxılmasına və onu narahat edən problemin müsbət həllini tapmasına görə DİN-in və Nəsimi Rayon Polis İdarəsinin rəhbərliyinə təşəkkürünü bildirir.
06.08.2026 - Sosial şəbəkə istifadəçisi Elnur Alxanov
Sosial şəbəkə istifadəçisi Elnur Alxanov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında gəzinti zamanı itirdiyi içərisində bank kartları və sənədlər olan cüzdanının tapılaraq ona təhvil verilməsinə görə Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
06.08.2026 - Sosial şəbəkə istifadəçisi Elmin Zamanlı
Sosial şəbəkə istifadəçisi Elmin Zamanlı DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə, peşəkarlığa və vətəndaşlara qarşı nəzakətli davranışa görə Pirallahı Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.