Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bərdə rayon sakini Zahir Allahverdiyev müraciətində peşə fəaliyyətini və xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə Azərbaycan Polisinə minnətdarlığını bildirir.

Vətəndaş Orxan Musayev müraciətinin müsbət həll edilməsinə görə Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşlarına və DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Bakı şəhər sakini Bəşir İbrahimov müraciətində göstərilən diqqət və qayğıya görə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına və DİN rəhbərliyinə təşəkkür edir.

Xocalı rayon sakini Mehdi Mehdizadə müraciətinin müsbət həll edilməsinə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Bakı şəhər sakini İsmayıl İsmayılov DİN-ə təşəkkür məktubu yazıb. O, polis əməkdaşları tərəfindən keçirilən operativ tədbirlərlə müraciətinin müsbət həllini tapdığını və ona dəymiş maddi ziyanın ödətdirildiyini qeyd edir.

Bakı şəhər sakini Yeganə Zeynalova DİN-ə yazdığı məktubunda Bakı Şəhər Baş Polis İdarəsində müraciətinə diqqətlə yanaşılmasına, obyektiv araşdırma aparılmasına görə təşəkkürünü bildirir.

Masallı rayon sakini Renad Tağıyev DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında müraciətinin yüksək peşəkarlıqla araşdırılaraq qanunmavüvafiq tədbirlərin görülməsinə, dələduzluq yolu ilə ələ keçirilmiş avadanlıqların ona geri qaytarılmasına görə Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Lənkəran şəhər sakini Rəşidə Rəşidova Daxili İşlər Nazirliyinin sosial şəbəkə şəhifəsinə təşəkkürü məktubu yazıb. O, müraciəti ilə əlaqədar lazımi köməyin göstərildiyini, məsələnin müsbət həllini tapdığını bildirir və Azərbaycan polisinə minnətdarlığını ifadə edir.

Qazax rayon sakini Ülviyyə Nəsibova DİN-ə təşəkkür məktubu yazıb. O, müraciətinə operativ baxıldığını və onu narahat edən problemin müsbət həllini tapdığını qeyd edir.