Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
14.08.2026 - Vətəndaş Yalçın Mikayılov
Vətəndaş Yalçın Mikayılov DİN-in “Facebook” sosial şəbəkəsi vasitəsilə etdiyi müraciətində üzləşdiyi problemlə bağlı polisə müraciət etdiyini, məsələnin qısa müddətdə araşdırıldığını yazır. O, müraciətinə diqqətlə yanaşılmasına və keçirilən operativ tədbirlərə görə Səbail RPİ-nin 41-ci Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir, onlara çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
14.08.2026 - Vətəndaş Nicat Bədəlov
Vətəndaş Nicat Bədəlov DİN-in “Instagram” səhifəsinə ünvanladığı mesajında Nərimanov rayonu ərazisində üzləşdikləri yol-nəqliyyat hadisəsi ilə bağlı Nərimanov RPİ-nin Təhqiqat Şöbəsində aparılan araşdırmadan razı qaldığını, əməkdaşların ona müvafiq köməklik göstərdiklərini qeyd edərək minnətdarlığını bildirir. Aparılan obyektiv araşdırmaya görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinə təşəkkürünü bildirir.
14.08.2026 - Vətəndaş Cavid Fərmanlı
Vətəndaş Cavid Fərmanlı DİN-in “Instagram” səhifəsinə ünvanladığı mesajında Nərimanov rayonu ərazisində üzləşdikləri yol-nəqliyyat hadisəsi ilə bağlı Nərimanov RPİ-nin Təhqiqat Şöbəsində aparılan araşdırmadan razı qaldığını, əməkdaşların ona müvafiq köməklik göstərdiklərini qeyd edərək minnətdarlığını bildirir. Aparılan obyektiv araşdırmaya görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinə təşəkkürünü bildirir.
14.08.2026 - Mingəçevir şəhər sakini Nərgiz Qurbanova
Mingəçevir şəhər sakini Nərgiz Qurbanova Daxili İşlər Nazirliyinə təşəkkür məktubu yazıb. O, müraciətinə Mingəçevir Rayon Polis Şöbəsində çevik reaksiya verildiyini, obyektiv araşdırma aparıldığını qeyd edir və minnətdarlığını ifadə edir.
14.08.2026 - Tərtər rayon sakini Zakir Əsgərov
Tərtər rayon sakini Zakir Əsgərov DİN-ə yazdığı məktubunda rayon ərazisində cinayətkarlığa, o cümlədən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı aparılan qətiyyətli mübarizə tədbirlərinə görə Tərtər Rayon Polis Şöbəsinin rəhbərliyinə təşəkkürünü bildirir.
14.08.2026 - Lənkəran şəhər sakini Elmira Aslanova
Lənkəran şəhər sakini Elmira Aslanova DİN-ə yazdığı məktubunda ona məxsus yaşayış evindən oğurluq edən şəxsin polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılmasına görə təşəkkürünü bildirir.
14.08.2026 - Masallı rayon sakini Toğrul Mirzəyev
Masallı rayon sakini Toğrul Mirzəyev DİN-ə təşəkkür məktubu yazıb. O, müraciətinə diqqətlə yanaşılmasına, vətəndaş məmnunluğunun təmin edilməsinə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
14.08.2026 - Lerik rayon sakini Xalid Abbasov
Lerik rayon sakini Xalid Abbasov Daxili İşlər Nazirliyinə yazdığı məktubunda müraciəti ilə əlaqədar Lerik rayon Polis Şöbəsinin rəhbərliyi tərəfindən qəbul edildiyini və onu narahat edən problemin müsbət həllini tapdığını bildirir. Bununla əlaqədar o, DİN və Lerik Rayon Polis Şöbəsinin rəhbərliyinə təşəkkürünü ifadə edir.
14.08.2026 - Masallı rayon sakini Sərraf Xamiyev
Masallı rayon sakini Sərraf Xamiyev DİN-ə təşəkkür məktubu yazıb. O, müraciətinə operativ baxılmasına və ona dəymiş maddi ziyanın ödənilməsinin təmin edilməsinə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.