Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Yevlax rayon sakini Elşad Ağayev ictimai asayişin və təhlükəsizliyin qorunmasında fədakar xidmətlərinə, eləcə də rayon ərazisində yaradılmış sabitliyə, əmin-amanlığa görə DİN rəhbərliyinə və Yevlax RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Eldəniz Əbdulov yol-nəqliyyat hadisəsi ilə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində həll olunmasında göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə və Binəqədi RPİ-nin DYPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Yevlax rayon sakini olan “İnstagram” izləyicimiz rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin gücləndirilməsində, yaradılmış sabitliyə, əmin-amanlığa görə səhifə vasitəsi ilə DİN rəhbərliyinə təşəkkürünü ifadə edir.

Bakı şəhər sakini İbrahim Hüseynov koronavirusa qarşı mübarizə çərçivəsində həyata keçirdikləri tədbirlərə görə DİN rəhbərliyinə və Azərbaycan Polisinə təşəkkür edir.

Bakı şəhər sakini Rəşad Nəcəfov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda şikayətinə operativ və obyektiv şəkildə baxılaraq probleminin həllini tapmasına göstərdikləri köməyə görə Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir. O, vətəndaş müraciətlərinə həssas yanaşdıqlarına görə Azərbaycan Polisinin fəaliyyətini yüksək dəyərləndirir.

Bakı şəhər sakini Zaur Sadıqov DİN rəhbərliyinə ünvanladığı minnətdarlıq məktubunda baş vermiş oğurluq hadisəsinin isti izlərlə açılaraq ona dəyən ziyanın ödənilməsində göstərdikləri köməyə görə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir. O, Azərbaycan Polisinə xidməti fəaliyyətində uğurlar diləyir.

Bakı şəhər sakini Xanım Nəbiyeva şikayətinə obyektiv baxılaraq hüquqlarının qorunmasında ona göstərdikləri köməyə görə İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir. O, vətəndaşlara göstərilən diqqət və qayğının polis-vətəndaş münasibətlərinin günü-gündən daha da yaxşılaşmasına zəmin yaratdığını qeyd edir.

Qax rayon sakini İlqar Xəlilov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda ona məxsus xırdabuynuzlu heyvanları oğurlayan şəxsin tapılaraq məsuliyyətə cəlb olunmasına və dəymiş maddi ziyanın ödətdirilməsinə görə Qax RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

“Feysbuk” izləyicimiz Nüşabə Hənifəyeva müraciətinə operativ reaksiya verilərək qısa zaman kəsiyində müsbət həll edildiyinə görə DİN rəhbərliyinə və Suraxanı RPİ 31-ci Polis Bölməsinin şəxsi heyətinə minnətdarlığını bildirir.