Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Səidə Həsənova yeni nəsil şəxsiyyət vəsiqəsi almaq üçün müraciət etdikləri Nizami RPİ-də səmimi qəbula və göstərilən xoş münasibətə görə həmkarlarımıza minnətdarlığını ifadə edir.

Tovuz rayonunda müvəqqəti məskunlaşan bir qrup Xocalı sakini avtomobil qəzasında həyatını itirən əzizlərinin hüzür mərasiminin keçirilməsində həm maddi, həm də mənəvi köməklik göstərdiyinə görə RPŞ-nin rəisi, polis polkovniki Şirzad Əsgərova minnətdarlıqlarını ifadə edirlər.

Xocalıdan məcburi köçkün Validə Rzayeva onu sağlamlığına qovuşduran DİN-in Arif Heydərov adına Respublika Hospitalının həkim kollektivinə təşəkkürünü bildirir.

Bakı şəhər sakini Elkin Alcanov yol nəqliyyat hadisəsi zamanı ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərdiyi köməkliyə görə Xəzər RPİ-nin İstintaq şöbəsinin əməkdaşı Neman Şirinova minnətdarlığını ifadə edir.

Zərdab rayon sakini Xəyyam Şirinov yollarda təhlükəsizliyimizin keşiyində ayıq-sayıq dayanan həmkarımız Rəşad Xəlilova təşəkkürünü bildirir.

Ağdam rayon sakini Aynurə İmaməliyevə və Tərtər rayon sakini İlhamə Vəliyeva Ukraynada üzləşdikləri problemlərin həllində göstərdiyi köməyə görə həm DİN rəhbərliyinə, həm dəDİN-in nümayəndəsi Şahin Qocayevə minnətdarlıqlarını bildirirlər.

Bakı şəhər sakini Aysel Zeynalova cinayətkar qrup və dəstələrin ifşa edilib zərərsizləşdirilməsində, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin gücləndirilməsində vəzifə borclarının öhdəsindən layiqincə gələn, ölkəmizdə sabitliyi, əmin-amanlığı qorumaq üçün canlarını fəda edən həmkarlarımıza xidmətlərində uğurlar arzulayır.

Qusar rayonunun Hil kənd sakini Yaqut Novruzbəyova DİN-ə ünvanladığı təşəkkür məktubunda üzləşdiyi problemin həllində göstərilən köməkliyə görə Rayon Polis Şöbəsinin rəhbərliyinə və Cinayət Axtarışı Bölməsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Bir qrup Qusar sakini DİN-ə ünvanladıqları təşəkkür məktubunda son illərdə rayon ərazisində silsilə oğurluq cinayətləri törədən cinayətkar dəstənin RPŞ-nin əməkdaşları tərəfindən ifşa olunaraq zərərsizləşdirilməsinə görə DİN rəhbərliyi və şəxsi heyətinə minnətdarlıqlarını bildirərək, çalışdıqları şərəfli və çətin peşədə uğurlar arzulayırlar.