Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
11.12.2023 - Vətəndaş Novruz Şirəliyev
Vətəndaş Novruz Şirəliyev üzləşdiyi dələduzluq hadisəsi ilə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək dəymiş maddi ziyanın ödətdirilməsində ona göstərdikləri köməkliyə görə Naxçıvan MR DİN-nin Şərur Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
11.12.2023 - Bakı şəhər sakini Təhla Əsgərov
Bakı şəhər sakini Təhla Əsgərov üzləşdiyi dələduzluq hadisəsi ilə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək dəymiş maddi ziyanın ödətdirilməsində ona göstərdikləri köməkliyə görə Nərimanov RPİ 16-cı Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü ifadə edir.
11.12.2023 - Vətəndaş Veranika Pirizadə
Vətəndaş Veranika Pirizadə üzləşdiyi dələduzluq hadisəsi ilə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək dəymiş maddi ziyanın ödətdirilməsində ona göstərdikləri köməkliyə görə Nərimanov RPİ 16-cı Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını yazır.
11.12.2023 - Bakı şəhər sakini Kəmalə Quliyeva
Bakı şəhər sakini Kəmalə Quliyeva üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə həssaslıqla yanaşılaraq qısa zaman kəsiyində həll olunmasında göstərdikləri köməkliyə görə DİN Polis Akademiyasının rəhbərliyinə təşəkkürünü bildirir.
11.12.2023 - Mingəçevir şəhər sakini Mustafa Mustafayev
Mingəçevir şəhər sakini Mustafa Mustafayev təşəkkür məktubunda xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə Mingəçevir ŞPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
11.12.2023 - Balakən rayon sakini Osman Osmanov
Balakən rayon sakini Osman Osmanov müraciətinin müsbət həll olunmasına görə Balakən RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
11.12.2023 - Vətəndaş Əlmaniz Ələkbərov
Əlmaniz Ələkbərov təşəkkür məktubunda xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə Zaqatala RPŞ-nin DYPB-nin əməkdaşlarına minnətdarlığını bildirir.
11.12.2023 - İsmayıllı rayon sakini Ofelya Şiralıyeva
İsmayıllı rayon sakini Ofelya Şiralıyeva ona məxsus mal-qaranı oğurlayan şəxsin müəyyən edilməsinə və dəymiş maddi ziyanın ödətdirilməsinə görə İsmayıllı RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
11.12.2023 - Göyçay rayon sakini Səbuhi Quliyev
Göyçay rayon sakini Səbuhi Quliyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinin müsbət həll olunmasına görə Göyçay RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.