Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
17.04.2020 - Masallı rayonunun Xıl kənd sakini Firudin Qafarov “Ford-Transit” markalı...
Masallı rayonunun Xıl kənd sakini Firudin Qafarov “Ford-Transit” markalı avtomobilinin qəsdən yandırılması faktı ilə bağlı müraciətinə Masallı Rayon Polis Şöbəsində obyektiv baxıldığına, aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində ona qarşı bu cinayət əməlini törədən şəxsin qısa müddətdə ifşa edilməsinə və məsuliyyətə cəlb olunmasına görə DİN rəhbərliyinə və öz vəzifə borcunu layiqincə yerinə yetirən Masallı RPŞ-nin əməkdaşlarına təşəkkürünü bildirir.
17.04.2020 - Bakı şəhər sakini Ramin Ağadədəyev Daxili İşlər Nazirliyinə ünvanladığı...
Bakı şəhər sakini Ramin Ağadədəyev Daxili İşlər Nazirliyinə ünvanladığı müraciətinə qısa müddətdə baxıldığına və obyektiv həll olunduğuna görə minnətdarlığını bildirir.
17.04.2020 - Bakı şəhər sakini Bahar Liftiyeva Daxili İşlər Nazirliyinə ünvanladığı...
Bakı şəhər sakini Bahar Liftiyeva Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda oğurluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına və qısa müddətdə müsbət həll olunduğuna, həmçinin ona dəymiş maddi ziyanın ödətdirilməsinə görə DİN və Bakı Şəhər Baş Polis İdarəsinin rəhbərliyinə, eləcə də Bakı ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
17.04.2020 - Şamaxı rayon sakini Ağaqədir Osmanov Daxili İşlər Nazirliyinə ünvanladığı...
Şamaxı rayon sakini Ağaqədir Osmanov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda rayon ərazisində asayişin etibarlı qorunmasına, cinayətkarlıqla qətiyyətli mübarizəyə, polis əməkdaşlarının nəzakətli davranışlarına və humanist əməllərinə görə Şamaxı RPŞ-nin əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli işlərində uğurlar arzulayır.
17.04.2020 - Bakı şəhər sakini Əbülfəz Həsənov məktubunda daxili işlər orqanlarında gənc...
Bakı şəhər sakini Əbülfəz Həsənov məktubunda daxili işlər orqanlarında gənc əməkdaşlara göstərilən diqqət və qayğıya görə Daxili İşlər Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirir.
17.04.2020 - Bakı şəhər sakini Həmdulla İbrahimov DİN-ə ünvanladığı təşəkkür məktubunda...
Bakı şəhər sakini Həmdulla İbrahimov DİN-ə ünvanladığı təşəkkür məktubunda koronavirus infeksiyası ilə mübarizə çərçivəsində ölkəmizdə tətbiq edilən xüsusi karantin rejimində bağ evindən oğurluq edən şəxsin qısa müddət ərzində saxlanılmasına görə Sabunçu RPİ-nin 42-ci Polis Bölməsinin əməkdaşlarına minnətdarlıq edir.
17.04.2020 - Bakı şəhər sakini Tərlan Səfərəliyev üzləşdiyi problemin həllində göstərilən...
Bakı şəhər sakini Tərlan Səfərəliyev üzləşdiyi problemin həllində göstərilən köməyə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.
17.04.2020 - Ağsu rayon sakini İlqarfət Vəliyev rayon ərazisində sahibkarlıq fəaliyyəti...
Ağsu rayon sakini İlqarfət Vəliyev rayon ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu bildirir. Vətəndaş öz təşəkkür məktubunda aprelin 2-də mağazasından oğurluq edən şəxsin qısa müddətdə saxlanıldığına görə Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlıq edir.
İ.Vəliyev həm cinayətkarlığa, həm də koronavirusa qarşı mübarizə çərçivəsində xalqa göstərilən qayğıya və xidmətlərə görə DİN rəhbərliyinə və polis əməkdaşlarına təşəkkür edir.17.04.2020 - Mingəçevir şəhər sakini Rövşən İsmayılov koronavirusa qarşı mübarizə...
Mingəçevir şəhər sakini Rövşən İsmayılov koronavirusa qarşı mübarizə çərçivəsində xalqa göstərilən qayğıya və xidmətlərə görə DİN rəhbərliyinə və polis əməkdaşlarına təşəkkür edir və hər kəsi evdəqal şuarına dəstək olmağa çağırır.