Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
28.04.2023 - Sosial şəbəkə istifadəçisi İbrahim Həsənov
Sosial şəbəkə istifadəçisi İbrahim Həsənov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda baş vermiş oğurluq hadisəsilə əlaqədar etdiyi müraciətə operativ və obyektiv baxılmasına, hadisədə şübhəli bilinən şəxsin tez bir zamanda tapılmasına və dəymiş ziyanın ödətdirilməsinə görə Xətai RPİ-nin rəhbərliyinə və 34-cü Polis Bölməsinin şəxsi heyətinə minnətdarlığını bildirir.
28.04.2023 - Sosial şəbəkə istifadəçisi Tərlan Əlimirzəyev
Sosial şəbəkə istifadəçisi Tərlan Əlimirzəyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda etdiyi müraciətə operativ baxılmasına və üzləşdiyi problemin tez bir zamanda həllini tapmasına görə minnətdarlığını bildirir.
28.04.2023 - Göyçay rayon sakini Əli Abdullazadə
Göyçay rayon sakini Əli Abdullazadə DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda etdiyi müraciətə operativ baxılmasına və probleminin tez bir zamanda aradan qaldırılmasında göstərilən köməkliyə görə minnətdarlığını bildirir.
27.04.2023 - Vətəndaş Ramiz Əliyev
Vətəndaş Ramiz Əliyev dələduzluğa məruz qalması ilə bağlı müraciətinə operativ şəkildə baxılaraq ona dəyən ziyanın ödənilməsində göstərdikləri köməkliyə görə Azərbaycan Polisinə təşəkkürünü bildirir. O, vətəndaş müraciətlərinə həssaslıqla yanaşılmasını yüksək dəyərləndirir.
27.04.2023 - Vətəndaş Fikrət Ələkbərov
Vətəndaş Fikrət Ələkbərov müraciətinə operativ və obyektiv şəkildə baxılaraq probleminin həllini tapmasında ona göstərilən köməkliyə görə daxili işlər orqanları əməkdaşlarına təşəkkürünü bildirir.
27.04.2023 - Vətəndaş Aydan Məmmədzadə
Vətəndaş Aydan Məmmədzadə müraciətinə operativ şəkildə baxılmasına, Nəsimi Rayon Polis İdarəsinin rəhbərliyi tərəfindən səmimi qəbula və probleminin həllini tapmasında ona göstərilən köməkliyə görə təşəkkürünü bildirir.
27.04.2023 - Vətən müharibəsi iştirakçısı Firudin Nəzirov
Vətən müharibəsi iştirakçısı Firudin Nəzirov avtomobilini texniki baxışdan keçirdiyi zaman ona həssaslıqla yanaşılmasına görə DİN rəhbərliyinə təşəkkürünü bildirir. O, Azərbaycan Polisinin gərgin və fədakar xidməti fəaliyyətini yüksək qiymətləndirir.
27.04.2023 - Vətəndaş Hüseyn Rzayev
Vətəndaş Hüseyn Rzayev evdən çıxıb geri qayıtmayan və harada olduğu barədə məlumatları olmayan oğlunun tez bir zamanda tapılmasında onlara göstərilən köməkliyə görə Naxçıvan DİN-nin əməkdaşlarına təşəkkürünü bildirir.
27.04.2023 - Polis veteranı Nəbi Nəsirov
Polis veteranı Nəbi Nəsirov səhhətində yaranan problemlə bağlı müraciətinə qayğı ilə yanaşılaraq, DİN-in A.Heydərov adına Respublika Hospitalında müayinə və müalicə olunmasında göstərdikləri köməkliyə görə Hospitalın rəhbərliyi başda olmaqla tibbi personalın xidmətini təqdir edir. O, yaradılan şəraitə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.