Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Astara rayon sakinləri Mahir Muradov və Məleykə Ağayeva müraciətlərinə çevik reaksiya verilməsinə və obyektiv araşdırma aparılmasına görə Astara RPŞ-nin rəhbərliyinə və bütün əməkdaşlarına minnətdarlıqlarını bildirirlər.

Sabirabad rayon sakini Qəzənfər Nəzərov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinin Biləsuvar Rayon Polis Şöbəsində obyektiv araşdırılmasına və ona dəyən maddi ziyanın ödənilməsinin təmin edilməsinə görə minnətdarlığını ifadə edir.

Parvin Caferi adlı sosial şəbəkə istifadəçisi öz paylaşımında əlamətdar günlərdə polisin gücləndirilmiş iş rejimində çalışmasını, ictimai asayişin etibarlı şəkildə təmin edilməsini yüksək qimətləndirir və öz minnətdarlığını bildirir.

Vətən müharibəsi qazisi Nicat Cabbarlı öz təşəkkür məktubunda şəhid ailələri və qazilərə göstərilən diqqətə və qayğıya görə Biləsuvar Rayon Polis Şöbəsinin rəhbərliyinə minnətdarlığını ifadə edir.

Masallı rayon sakini Yadigar Abdullayev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətlərin obyektiv araşdırılmasına və vətəndaş məmnunluğunun təmin edilməsinə görə Masallı RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Şəhid anası Şərqiyyə Quliyeva DİN-in sosial şəbəkə səhifəsinə yazdığı mesajında polis əməkdaşı olmuş şəhid övladının doğulduğu Qubadlı rayonunda dəfn olunduğunu qeyd edir. O, torpaqlarımızın işğaldan azad olunmasından sonra düşmən vandalizminə məruz qalmış şəhid oğlunun dağıdılmış məzarının bərpa olunmasında göstərilən köməkliyə görə Daxili İşlər Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirir.

Şəhid anası Şərqiyyə Quliyeva DİN-in sosial şəbəkə səhifəsinə yazdığı mesajında polis əməkdaşı olmuş şəhid övladının doğulduğu Qubadlı rayonunda dəfn olunduğunu qeyd edir. O, torpaqlarımızın işğaldan azad olunmasından sonra düşmən vandalizminə məruz qalmış şəhid oğlunun dağıdılmış məzarının bərpa olunmasında göstərilən köməkliyə görə Daxili İşlər Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirir. 

Vətəndaş Ruslan Mustafayev Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda daxili işlər orqanlarında gənc əməkdaşlara göstərilən diqqət və qayğının, etimadın təqdirəlayiq olduğunu qeyd edərək DİN rəhbərliyinə  minnətdarlığını bildirir.   

Yasamal rayon sakini Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda narkotiklərin qanunsuz dövriyyəsi hallarının qarşısının alınması ilə bağlı müraciətinə operativ reaksiya verildiyini, polis əməkdaşları tərəfindən müvafiq tədbirlərin həyata keçirildiyini qeyd edir. O, müraciətinə obyektiv baxıldığına, həmçinin bununla bağlı həyata keçirilən tədbirlərə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.