Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
12.12.2023 - Sumqayıt şəhər sakini Elyanə Muradova
Sumqayıt şəhər sakini Elyanə Muradova etdiyi müraciətə operativ baxılaraq onu narahat edən məsələnin həllini tapmasında göstərdikləri köməkliyə görə DİN rəhbərliyi başda olmaqla Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
12.12.2023 - İnstaqram izləyicisi Fatimə Səfərli
İnstaqram izləyicisi Fatimə Səfərli ona qarşı törədilən dələduzluq faktı ilə bağlı şikayətinə operativ baxılaraq dəyən maddi ziyanın ödənilməsində göstərilən köməkliyə görə Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
11.12.2023 - Bakı şəhər sakini Gülağa Adıgözəlov
Bakı şəhər sakini Gülağa Adıgözəlov Daxili İşlər Nazirliyinə ünvanladığı teleqramda müraciətinin obyektiv araşdırma aparılaraq qısa müddətdə müsbət həll olunduğuna görə DİN rəhbərliyinə minnətdarlığını bildirir, xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
11.12.2023 - Ağcabədi rayon sakini Akif Quliyev
Ağcabədi rayon sakini Akif Quliyev Daxili İşlər Nazirliyinə ünvanladığı teleqramda müraciətinin obyektiv araşdırma aparılaraq qısa müddətdə müsbət həll olunduğuna görə DİN rəhbərliyinə minnətdarlığını bildirir, xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
11.12.2023 - Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Mahmudoba kənd sakinləri Ədalət...
Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Mahmudoba kənd sakinləri Ədalət Məmmədov, Aydın Orucəliyev və Vahid Bayramov Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təşəkkür teleqramı ünvanlayıblar. Onlar həyətlərində ot tayalarının qəsdən yandırılması ilə bağlı müraciətlərinə dərhal reaksiya verildiyini, polis əməkdaşları tərəfindən keçirilən operativ tədbirlərlə yanğını törədən şəxsin saxlanıldığını və onlara dəymiş maddi ziyanın ödətdirilməsinə köməklik göstərildiyini qeyd edirlər.
Vətəndaşlar müraciətlərinə diqqətlə yanaşıldığına və həyata keçirilən operativ tədbirlərə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin rəhbərliklərinə, habelə Şahbuz Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlıqlarını bildirirlər.
11.12.2023 - Bakı şəhər sakini Venera Rüstəmova
Bakı şəhər sakini Venera Rüstəmova Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda müraciətinə operativ baxılaraq müsbət həll olunmasına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
11.12.2023 - Sumqayıt şəhər sakini Afilə Azadəliyeva
Sumqayıt şəhər sakini Afilə Azadəliyeva Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda müraciətinə həssas yanaşılmasına və operativ baxılmasına görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.
11.12.2023 - Gəncə şəhər sakini Elnurə Sadıqova
Gəncə şəhər sakini Elnurə Sadıqova Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda daxili işlər naziri tərəfindən Gəncə Şəhər Baş Polis İdarəsində keçirilən vətəndaş qəbulunda iştirak etdiyini, müraciətinin dinlənilərək aidiyyəti üzrə tapşırıq verildiyini, müvafiq araşdırma aparılaraq müraciətinin qısa müddətdə müsbət həll edildiyini qeyd edir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına, obyektivliyə və operativliyə görə DİN rəhbərliyinə və Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
11.12.2023 - Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Ərəfsə kənd sakini Tamella Musayeva
Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Ərəfsə kənd sakini Tamella Musayeva Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda müraciətinə operativ baxılaraq müsbət həll olunmasına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.