Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Lənkəran rayon sakini Yaşar Kərəmov öz təşəkkür məktubunda cinayətkarlığa qarşı aparılan mübarizəyə, ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasına, vətəndaşların müraciətlərinə həssaslıqla və obyektiv şəkildə yanaşılmasına görə DİN rəhbərliyinə və Lənkəran ŞRPŞ-nin rəisi, polis polkovniki İslam Hümbətova minnətdarlığını ifadə edir.

Cəlilabad rayonunun Kazımabad kənd sakini Oqtay Hüseynov öz təşəkkür məktubunda oğlunun DİO-da xidmətə qəbul olunmasına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Bakı şəhər sakini Yaqut Quliyeva DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda Sabir bağında itirdiyi 650 manat pulunun tapılıb qaytarılmasında göstərdikləri köməkliyə görə Səbail RPİ-nin Post-Patrul Xidmətinin əməkdaşlarına minnətdarlığını bildirir.

Mingəçevir şəhər sakini Pərvanə Kərimova DİN rəhbərliyinə ünvanladığı minnətdarlıq məktubunda itirmiş olduğu ona məxsus sənədlərin və pul kisəsinin tapılıb qaytarılmasında etdikləri köməkliyə görə Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinin rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini Məhərrəm Cəlilov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda vəziyyəti ağır olan qardaşının xəstəxanaya çatdırılmasında göstərdiyi köməkliyə görə Səbail Rayon Mühafizə İdarəsinin rəisi Habil Əsədova minnətdarlığını bildirir.

Bakı şəhər sakini Tamella Quliyeva DİN-ə ünvanladığı məktubunda bildirir ki, sükan arxasında olan həyat yoldaşının qəfil vəziyyəti pisləşib. Ona köməyə gəlib ilk tibbi yardım göstərən və xəstəxanaya çatdırılmasında köməklik edən polis əməkdaşlarına minnətdarlıq edir.

Taras Şevçenko adına Kiyev Milli Universitetinin professoru Rita Zabloskaya DİN rəhbərliyinə ünvanladığı məktubunda ailəsi ilə birlikdə istirahətdə olduqları “Xəzri” istirahət mərkəzinda yaradılan şəraitdən və gülərüz personaldan razılıq edir və təşəkkürünü bildirir.

Ağstafa şəhər sakini Urfan Məmmədov DİN-ə ünvanladığı məktubunda etdiyi müraciətə baxıldığına görə minnətdarlıq edir.

Bakı şəhər sakini Sultanağa Hüseynov DİN rəhbərliyinə ünvanladığı məktubunda etdiyi müraciətə baxılmasında ona göstərdikləri köməkliyə görə Masallı Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.